Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb
27.02.2026 [19:55]
Fevralın 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri, COP32-nin müəyyən olunmuş Prezidenti Gedion Timotevos Hessebon ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşü zamanı iki ölkə arasında BMT-nin iqlim konfransları (COP) sahəsində təcrübə mübadiləsinin müzakirə edilməsinə toxunaraq, dövlətimizin başçısının tapşırığı ilə Azərbaycanın Efiopiya ilə tam əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın COP29 çərçivəsində təşkilati-logistika, substantiv və kommunikasiya sahəsində həyata keçirilmiş işlərə toxunub, həmçinin COP29-da bir sıra tarixi qərarların qəbul edildiyini bildirib.
Gedion Timotevos Hessebon Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini, zəngin irs yaratdığını qeyd edib. Nazir Efiopiyanın Azərbaycanla COP32 çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib və ölkəmizin bu istiqamətdə Efiopiyaya təşkilati-logistika və substantiv dəstəyini yüksək qiymətləndirib.
Görüşdə Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında imzalanmış “BMT-nin İqlim Konfransının 32-ci sessiyasının (COP32) təşkili ilə bağlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyəti vurğulanıb.
Həmçinin 2026-cı ildə ölkəmizdə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxAnalitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21

