Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının XXI iclası keçirilib
27.11.2013 [09:35]
Noyabrın 26-da Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının XXI iclası keçirilib.
İclası giriş sözü ilə açan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İƏT Nazirlər Şurasına sədrliyin növbəlilik prinsipi əsasında Azərbaycandan İrana keçdiyini bildirib.
E.Məmmədyarov İƏT-in son illər əldə etdiyi uğurlardan danışaraq bildirib ki, ticarət və sərmayələr axınının, kommersiya əlaqələrinin və regionlararası nəqliyyat infrastrukturunun inkişafının artması ilə regional inteqrasiya səylərinin dərinləşməsinin müşahidə olunması məmnunluq doğurur.
Nazir bildirib ki, regional infrastrukturun inkişafı əməkdaşlığa dair gündəliyimizin prioritet məqsədi olmalıdır. İƏT, xüsusilə dəmir yolu xətlərinin və onunla bağlı digər infrastrukturun modernləşdirilməsini, habelə ümumi dəmir yolu şəbəkəsinin yaradılmasını, onun Avropa və Yaxın Şərq dəmir yolu şəbəkələri ilə əlaqələndirilməsini hədəf seçməlidir. Regional əhəmiyyət daşıyan və inşa olunan dəmir yolu xətlərinin, o cümlədən Qəzvin-Rəşt-Astara (İran) -Astara (Azərbaycan) dəmir yolunun icrasının erkən tamamlanması region ölkələri üçün yeni cəlbedici tranzit imkanları yaradacaq. Bu mənada Azərbaycan tərəfi bu yaxınlarda iclası keçirilmiş yüksək səviyyəli işçi qrupun fəaliyyətini alqışlayır və ümid edir ki, belə görüşlər səmərəli nəticələrin əldə olunması baxımdan faydalı platforma rolunu oynayacaqlar.
Azərbaycanın İƏT-in səmərəli quruma çevrilməsi üçün təşkilatda islahatların aparılması prosesini dəstəklədiyini vurğulayan nazir ölkəmizin son illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan da danışıb.
E.Məmmədyarov deyib: “İƏT çərçivəsində qarşılıqlı əməkdaşlığın mövcud mexanizmlərini inkişaf etdirmək üçün kreativ yolların və vasitələrin tapılmasının həm regiondaxili, həm də regional səviyyədə inteqrasiya proseslərini sürətləndirəcəyinə ümid edirik. Bu, həmçinin təşkilatımızın hazırkı fəaliyyətini də gücləndirəcəkdir”.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, ki, hər bir üzv dövlətin təhlükəsizliyi və sabitliyi digər üzv dövlətin təhlükəsizliyi ilə sıx bağlıdır. Həll edilməmiş münaqişələri tənzimləmədən və regionda təhlükəsizlik və sabitliyi təmin etmədən İƏT hərtərəfli regional əməkdaşlıqdan tam şəkildə faydalana bilməyəcək. Nazir əlavə edib ki, Cənubi Qafqaz həll edilməmiş münaqişələrdən əziyyət çəkən bir regiondur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də əsas qeyri-sabitlik mənbəyi, regional inkişafa və tammiqyaslı əməkdaşlığa mane olaraq qalmaqdadır. Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bərpa ediləndən sonra regionda hər bir tərəf üçün qarşılıqlı faydalı inkişaf şəraiti yarana bilər.
İclasda çıxış edən İran Prezidenti Həsən Ruhani İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin genişləndirilməsinin üzv dövlətlərə verə biləcəyi faydadan danışıb.
Sonda Nazirlər Şurasının hesabatı təsdiqlənib və Tehran Kommunikesi qəbul edilib.
Kommunikedə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi Tədqiqat Mərkəzinin yaradılması və onun Nizamnaməsinin təsdiqi məsələsi də əksini tapıb.
Xəbər lenti
Hamısına baxGündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14

