“Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”
05.12.2013 [09:21]
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr Binəqədi rayonunda uğurla yerinə yetirilir
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Həyata keçirilən rasional iqtisadi strategiyanın qanunauyğun nəticəsi kimi, milli inkişafın Azərbaycan modeli formalaşdırılıb və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən strateji nəticələr əldə edilib, makroiqtisadi sabitlik qorunub saxlanıb.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunun başlıca göstəricisidir ki, güclü iqtisadiyyata malik olan inkişaf etmiş dövlətlərin əksəriyyətinin ciddi itkilərə məruz qaldığı bir dövrdə - beynəlxalq böhran şəraitində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub-saxlamağı bacarmışdır. Bu inkişaf cari ildə də davam edib və əldə edilən göstəricilər həyata keçirilən iqtisadi kursun səmərəliliyini əks etdirir. Cari ilin 9 ayı ərzində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul (ÜDM) 5,4 faiz və iqtisadiyyatımızın qeyri-neft sektoru ötən dövr ərzində 11 faiz həcmində artıb.
Vurğulamaq gərəkdir ki, cari il ərzində bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin həyata keçirilməsinə nail olunub. Başqa sözlə, proqramlarda nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. Ən əsası, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr uğurla yerinə yetirilir.
Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etməsində Binəqədi rayonunun da öz yeri və payı var
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının uğurla və sürətlə inkişaf etdirilməsində, respublikamızın bütün sahələr üzrə böyük nailiyyətlər qazanmasında Binəqədi rayonunun da öz yeri və payı var.
Məlumat üçün qeyd edək ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda və həmin proqrama əlavələrdə Binəqədi rayonu üzrə 103 tədbir nəzərdə tutulub. Qeyd edək ki, bu sırada 4 tədbir - su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, 18 tədbir - bağça və məktəblərdə təmir tikinti işləri, 11 tədbir - yanğına qarşı su hovuzunun tikintisi, 2 tədbir - ekologiya sahəsində, 5 tədbir - sahibkarlığın dəstəklənməsinə aiddir.
Rayonun sosial infrastrukturunun yaxşılaşdırılması yönündə ardıcıl tədbirlər görülür
Vurğulamaq gərəkdir ki, rayonun sosial infrastrukturunun yaxşılaşdırılması yönündə ardıcıl tədbirlər görülür. Rayonun inkişafının təmin olunması və sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin fonunda Sulutəpə qəsəbəsində həkim məntəqəsinin, rayonun 297, 135 və 248 saylı orta məktəblərin, 158, 153,159, 274 və 298 saylı körpələr evi - uşaq bağçalarının, Biləcəri qəsəbəsində F.Əmirov adına 6 №-li Uşaq Musiqi Məktəbinin binasının və 7-ci mikrorayon ərazisində mini futbol meydançasının təmir-tikinti işləri, 100, 244 və 246 saylı orta məktəblərdə əlavə sinif otaqlarının, 86, 211, 294 saylı körpələr evi-uşaq bağçaları üçün yeni binaların tikintisi hal-hazırda başa çatıb.
Eyni zamanda, rayonda yerləşən 151, 177 və 193 saylı körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri və 143 №-li orta məktəb üçün 20 əlavə sinif otağının tikintisi yekunlaşmaq üzrədir.
Biləcəri qəsəbəsində yerləşən mədəniyyət və istirahət parkının əsaslı təmir işləri tam başa çatması ilə əlaqədar olaraq Prezident İlham Əliyev parkın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Bundan başqa, Biləcəri qəsəbəsinin Ordubadi küçəsində (yeni yaşayış sahəsi) ATS binasının tikintisi və 1500 nömrə tutumlu ATS avadanlıqlarının alınıb quraşdırılması tam icra olunub.
Cari ilin sentyabr ayında Binəqədi qəsəbəsində 1300 şagird yerlik yeni məktəbin və yanğından mühafizə bölməsinin tikintisi başlanılmışdır. Bununla yanaşı, rayon ərazisində mövcud olan ATS-lərdə İnternet xidmətinin tutumu 352 port artırılıb.
Yeri gəlmişkən onu da qeyd edək ki, “Bakı şəhərinin Ziya Bünyadov prospektində yol infrastrukturunun yenidən qurulması” layihəsi çərçivəsində Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində və Xutor dairəsində, Əbdülvahab Salamzadə, Ali Mustafayev və Heydər Əliyev küçələrinin birləşməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi işləri davam etdirilir.
Rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin, digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri həyata keçirilmişdir.
Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması başlıca məqsəd kimi müəyyənləşdirilmişdir
Ümumiyyətlə, görülən işlərin miqyası və səviyyəsinə nəzər saldıqda belə bir nəticəyə gəlmək olur ki, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması başlıca məqsəd kimi müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 21522 ədəd mexaniki sayğaclar “Smart-kart” tipli sayğacları ilə əvəz edilmişdir.
Bununla yanaşı, rayonun 6-cı mikrorayon və 3205-ci məhəllə ərazisində 2 istilik məntəqəsi müasir tələblərə uyğun modernləşdirilmiş, 66 binanın aşağı paylama istilik xətləri yenidən qurulmuş, 7 uşaq bağçası üzrə daxili istilik sistemləri yenidən təmir edilərək qazlaşdırılıb.
Onu da qeyd edək ki, Binəqədi şosesinin, Binəqədi-Novxanı, Binəqədi-Mehdiabad, Xocasən qəsəbəsində Dəyirman yolu, Biləcəri qəsəbəsində Asəf Zeynallı və Yəhya Hüseynov küçələri yenidən qurulmuş və bu işlər davam etdirilməkdədir.
Mövcud problemlərin həlli qarşıda duran növbəti vəzifədir
Qeyd etmək lazımdır ki, məcburi köçkünlərin sosial obyektlərdə yerləşməsi və layihələşmə işlərinin başa çatdırılmaması səbəbindən Dövlət Proqramının bir sıra bəndlərinin icrasına başlamaq mümkün olmayıb. (205, 300, 267, 115, 298, 157, 179, 205, 299, 306 saylı məktəblərdə və 141, 215, 238 saylı bağçalarda).
Proqramın icrası ilə əlaqədar yaranmış digər problemlərdən biri su və kanalizasiya sistemlərinin yenidən qurulmasıdır. Belə ki, Dövlət Proqramında Binəqədi rayonunun inzibati ərazisinə daxil olan bütün qəsəbələrdə su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması nəzərdə tutulub. Son bir il ərzində “Azərsu” ASC tərəfindən rayon ərazisində genişmiqyaslı işlərin aparılması və Proqramla nəzərdə tutulmuş Biləcəri və Binəqədi qəsəbələrində görülmüş işlər istisna olmaqla, ümumilikdə proqramın müvafiq bəndlərinin icrasının gecikməsinə səbəb Master Planın hazırlanması olub.
Bundan başqa, Dövlət Proqramının Əlavə Tədbirlər Planında Sulutəpə qəsəbəsində və Binəqədi-Balaxanı yolunda yanğından mühafizə bölmələrinin tikintisi üçün təklif olunan sahələr saziş ərazisinə aid olduğuna görə icrası mümkün olmayıb.
Nəzərdə tutulmuş bütün işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsi rayon rəhbərliyinin qarşısında mühüm vəzifə kimi durur
Xüsusilə qeyd etmək istərdik ki, bu il “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın son ili olduğu üçün proqramın icrası məqsədilə Prezident İlham Əliyevin verdiyi əlavə tapşırıq və göstərişlərə əməl edərək nəzərdə tutulmuş bütün işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi rayon rəhbərliyinin qarşısında mühüm bir vəzifə kimi durur. Bu işlərin icrası ilə əlaqədar problemlərin həlli istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldırılıb və bu sahədə işlər davam etməkdədir.
Göründüyü kimi, Binəqədi rayonunun sosial-iqtisadi inkişafı operativ və effektiv surətdə həyata keçirilən tədbirlərin fonunda uğurla davam edir. Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması naminə görülən işlər mövcud problemlərin tam olaraq həllini mümkün edir. Yuxarıda nəzər saldığımız istiqamətlərdə görülən işlər və əldə edilən nəticələr digər sahələrin də paralel inkişafını təmin etmiş olur.
Nurlan QƏLƏNDƏROV
“Binəqədi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

