/ / Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işgüzar müzakirələrlə davam edir
Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işgüzar müzakirələrlə davam edir
06.12.2013 [09:29]
Dekabrın 5-də Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası öz işini davam etdirib.
AzərTAc xəbər verir ki, sessiya çərçivəsində günün birinci yarısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə növbəti iclas olub.
İlk olaraq sessiyada iştirak edən UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuranı salamlayan Ə.Qarayev bildirib ki, bu günlərdə 10 illik yubileyini qeyd edəcəyimiz Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın hazırlanmasında onun müstəsna xidmətləri olub.
İclasda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin köməkçi qurumunun 2013-cü il üzrə fəaliyyətinə dair hesabatı dinlənilib və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınmalı olan nominasiyalar nəzərdən keçirilib.
Tədbirdə hər bir nominasiya barədə ətraflı məlumat verilib, təqdim edilən qovluqların müvafiq tələblərə cavab verib-vermədiyi, bu nominasiyaların çatışmayan tərəfləri göstərilib və onlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nəzərdə tutulmuş qaydalara cavab verən Monqolustan, Nigeriya, Peru, Koreya Respublikası, Rumıniya-Moldova, Seneqal, Sloveniya, Makedoniya, Ukrayna, Venesuela və Vyetnama məxsus nümunələr Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Bu siyahıda qardaş Türkiyənin təqdim etdiyi türk qəhvəsinin də yer alması olduqca sevindiricidir.
Həmin ölkələrin nümayəndələri ilk növbədə bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, siyahıya salınmış nümunələr xalqların öz mədəni irsinə olan sevgisini daha da artıracaq, millətlər arasında yeni mədəni körpülərin yaranmasına təkan verəcək.
Bir sıra ölkələrin siyahıya düşmüş mədəniyyət nümunələri fasilə zamanı canlı olaraq nümayiş olunub və iştirakçılarda böyük maraq doğurub.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işini günün ikinci yarısında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə davam etdirib.
Əvvəlcə təqdim olunmuş “8.COM 8” qərar layihəsi nəzərdən keçirilib və 16 maddə qəbul edilib. Həmçinin Albaniya və Burkina Fasonun təklifləri əsasında sənədə müvafiq olaraq 17-ci və 18-ci maddələr əlavə edilib. Sonra isə sənədə əlavə edilmiş maddələrin bütün mexanizmlərə aid edilməsi barədə 19-cu maddə daxil edilib.
Bildirilib ki, müzakirə olunan məsələlərdən biri də 2014-cü il dövrü üçün məşvərətçi və köməkçi qurumların yaradılmasıdır. Müvafiq istiqamətdə gələn il üçün məşvərətçi qurumun yaradılması və onun texniki şərtləri nəzərdən keçirilib. Həmçinin müvafiq dövr üçün köməkçi qurumun yaradılması və onun texniki şərtləri nəzərdən keçirilib.
Digər müzakirə olunan məsələ 2014-cü il dövrü üçün təqdim olunmuş qovluqların sayı və 2015 və 2016-cı illərdə müraciət oluna bilən qovluqlar olub. Bildirilib ki, bu sənəd vasitəsilə Komitə 2015-2016-cı illərdə nəzərdən keçirilə biləcək qovluqları müəyyən edəcək. Həmçinin 2014-cü il dövrü üçün qovluqların sayı barədə məlumat verilib və müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

