Rusiya dövləti və cəmiyyəti bir vaxtlar erməni terrorizminin hədəfində olub
06.12.2013 [09:30]
Belə olan təqdirdə bu gün “Erməni terrorizmi” kitabının Rusiya oxucusuna çatdırılmasına mane olmağa çalışan qüvvələrin hansı maraqlara xidmət etdiyi aydınlaşır
Məlum olduğu kimi, erməni terrorizmini dünyaya nümayiş etdirən Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov və “Azərinform”un (indiki AzərTAc) mərhum baş direktoru Azad Şərifovun müəllifi olduğu “Erməni terrorizmi” kitab-albomunun Rusiyada yayılmasına qarşı addımlar atılır. Belə ki, bu yaxınlarda Rusiyanın Krasnoyarsk Vilayət Prokurorluğu vilayətin ərazisində yayılan “Erməni terrorizmi” adlı nəşrin “ekstremist material” kimi tanınması, həmin nəşrin ekstremist materiallar siyahısına daxil edilməsi üçün qərarın surətinin Rusiya Federasiyası Ədliyyə Nazirliyinə göndərilməsi məqsədilə məhkəməyə müraciət edib. Rusiya Federasiyası Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsinin bildirişində isə qeyd edilib ki, 2013-cü il dekabrın 12-də hakim N.Y.Çernovanın sədrliyi ilə Azərbaycanda nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomunun “ekstremist material” kimi tanınmasına dair məhkəmə iclası keçiriləcək.
Qeyd edək ki, “Erməni terrorizmi” kitab-albomu heç də Rusiyadakı bəzi ermənipərəst çevrələrin iddia etdiyi kimi, bütövlükdə, erməniləri terrorçu, kriminal toplum kimi təqdim etmir. Nəşrin məqsədi erməni terrorizminin əsl üzünü göstərmək, Azərbaycanı və dünyanı bu təhlükədən xəbərdar etmək, məlumatlandırmaqdır.
Erməni terrorizmi gerçəkliklərinin Rusiya cəmiyyətindən gizlədilməsinə xidmət edən bu addım ilk növbədə, bu ölkənin milli maraqlarına ziddir. Çünki sərhəd tanımayan erməni terrorizmindən zərər çəkən ölkələr arasında Rusiya dövləti, xalqlar içərisində isə rus xalqı da var. Deyilənlərin doğruluğuna əmin olmaq üçün bir qədər keçmişə nəzər salmaq kifayətdir.
Məlum olduğu kimi, erməni terrorçuları 1977-ci il 8 yanvar tarixində Moskvada silsilə terror aktları törədiblər. Həmin gün əvvəlcə Moskva metrosunda qatar tuneldə olarkən partlayış baş verib. Qeyd edək ki, bu, Moskva metrosunda törədilən ilk terror hadisəsi idi. Daha sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin binasının yaxınlığındakı ərzaq mağazalarının birində partlayış olub. Həmin gün Moskva küçələrindən birində daha bir partlayış qeydə alınıb. Bu cinayətlərin nəticəsində Moskva sakinləri arasında 7 nəfər həlak olub, 37 nəfər yaralanıb. Aparılan təhqiqatların nəticəsində terror aktlarının radikal erməni millətçiləri tərəfindən törədildiyi üzə çıxdı. Qeyd edək ki, Rusiya mətbuatında bu informasiya dəfələrlə cəmiyyətə təqdim olunub, bu barədə “Kommersant” qəzetinin 1996-cı il 13 iyul sayında da məlumat verilib, yaxın illərdə isə sənədli film həsr olunub. Tədqiqatçı Vadim Udilovun “SSRİ-dəki terror aktları və diversiyalar. Tam aşkarlıq” kitabında isə sözügedən terror aktları ilə bağlı bir sıra maraqlı məqamlar yer alıb. Məsələn, həmin dövrdə Ermənistan Kommunist Partiyasının birinci katibi təhqiqatın gedişinə mane olmağa çalışıb. Hadisəni ermənilərin törətməsi tam sübuta yetirildikdən sonra isə Ermənistan SSR-in rəhbərliyi bu informasiyanı əhalidən gizlətməyə çalışıb.
Lakin 1977-ci il hadisələri Rusiyada erməni terrorizminin dəhşətləri ilə bağlı son hadisə deyildi. 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı işğalçı niyyətlərini hərbi təcavüz yolu ilə gerçəkləşdirməyə çalışan Ermənistan dövlətinin cinayətkar əməllərinə paralel olaraq, erməni terrorçuları ölkəmizin əleyhinə aktiv fəaliyyətə keçmişdilər. Hər cür insani hissləri itirmiş erməni terrorçuları Azərbaycana dolayı yolla da olsa zərbə vurmaq üçün Rusiya ərazisində növbəti çoxsaylı silsilə terror aksiyaları həyata keçiriblər. Hadisələrin xronologiyasına nəzər salsaq görərik ki, 1991-ci il mayın 30-da Dağıstan Respublikasının Xasavyurt stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılıb, nəticədə, 11 nəfər həlak olub, 22 nəfər yaralanıb. 31 iyun 1991-ci ildə Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında “Moskva-Bakı” sərnişin qatarının partladılması nəticəsində 16 nəfər həlak olub, 20 nəfər ağır yaralanıb. 1993-cü il fevralın 28-də Dağıstan Respublikası ərazisində, Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarının partladılması 11 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnib. Növbəti belə terror hadisəsi isə 13 aprel 1994-cü ildə Dağıstan Respublikasının “Daqestanskie Oqni” stansiyasının yaxınlığında “Moskva-Bakı” sərnişin qatarında törədilib, 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Göründüyü kimi, erməni terrorçularını törətdikləri cinayətlərdə ölənlərin milliyyəti maraqlandırmayıb. Əsas məqsəd Azərbaycanla bağlılığı olan nəqliyyat vasitələrində bu mənfur aksiyaları həyata keçirmək olub. İstisna deyil ki, 1 fevral 1994-cü ildə Bakı Dəmir yol vağzalında “Kislovodsk-Bakı” sərnişin qatarında 3 nəfərin həlak olması, 20 nəfərin yaralanması, 8 yanvar 1992-ci il tarixində “Krasnovodsk-Bakı” sərnişin bərəsində 25 nəfərin ölümü, 88 nəfərin ağır yaralanması ilə nəticələnmiş terror aktlarından zərər çəkənlərin arasında çoxlu sayda Rusiya vətəndaşları olub.
Erməni terrorizminin Rusiyaya və rus xalqına vurduğu zərbələrin qeyd olunanlarla məhdudlaşmadığı istisna deyil. Lakin təkcə sadalananlar onu deməyə əsas verir ki, erməni terrorizmi təkcə Azərbaycan deyil, elə Rusiyanın özü üçün də təhlükəli fenomendir və bu silah istənilən vaxt ötən dövrlərdə olduğu kimi, yenidən Rusiya dövlətinə və cəmiyyətinə tuşlana bilər.
Belə olan təqdirdə bu gün “Erməni terrorizmi” kitabının Rusiya oxucusuna çatdırılmasına mane olmağa çalışan qüvvələrin hansı maraqlara xidmət etdiyi aydınlaşır. Təbii ki, Rusiya ictimaiyyətinin bu məlumatlardan xəbərdar olan kəsimi bu addımı olduqca narahatlıqla qarşılayır. Həmçinin, hesab edirik ki, bu cəhdlərin qarşısı Rusiyanın milli təhlükəsizlik maraqlarını və həqiqəti müdafiə edən şəxslər və orqanlar tərəfindən alınmalıdır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

