/ / Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında yerdəyişmə üzrə tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb
Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında yerdəyişmə üzrə tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb
07.12.2013 [09:14]
Dekabrın 5-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) və quruma üzv dövlətlər arasında yerdəyişmə üzrə tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.
Birgə Bəyannamə Aİ-nin miqrasiya və yerdəyişmə üzrə siyasətinin dörd əsas sütununu: qanuni miqrasiyanın təşviqini, qeyri-qanuni miqrasiya ilə mübarizəni, miqrasiyanın inkişafa təsirini, sığınacaq və beynəlxalq müdafiə çərçivəsində münasibətləri tənzimləyir.
Avropa İttifaqının Daxili İşlər üzrə Şurasının iclası çərçivəsində imzalanmış bu sənəd Azərbaycanın miqrasiya siyasətinin idarə olunması imkanlarını gücləndirməklə insanların daha asan və rahat şəraitdə yerdəyişməsinin təmin olunması üçün səmərəli mexanizmdir. Bəyannamə özündə qanuni miqrasiya hüquqlarının müdafiəsini, potensial miqrantların Aİ ölkələrinə qanuni miqrasiyası və orada işlə təmin olunma yollarını və xaricdə təhsil barədə məlumatlandırılmaları, potensial miqrantların köç etməzdən əvvəl peşə və dil təlimlərinin təminini, əmək bazarı imkanlarının müqayisə edilməsini, tələbələrin, tədqiqatçıların, mütəxəssislərin mübadiləsinin, eləcə də təlim, mübadilə və iş proqramlarının təkmilləşdirilməsini, miqrantların könüllü qayıdış və reinteqrasiyasının təmin olunmasını, qayıdan miqrantların sosial müdafiəsini, xaricdə yaşayan azərbaycanlılarla münasibətlərin gücləndirilməsini, ölkəyə sərmayə axınını təşviq edən proqramların dəstəklənməsini, yüksək ixtisaslı miqrantların könüllü qayıdışının təşviqi yolu ilə “beyin axını”nın qarşısının alınmasını, qarşılıqlı konsulluq müdafiəsinin möhkəmləndirilməsini, viza məsələləri üzrə dialoqun təşviqini və digər münasibətlərin tənzimlənməsini ehtiva edir.
Bu sənəd, həmçinin qeyri-qanuni miqrasiya və insan alveri ilə mübarizə və bu sahədə səmərəli mexanizmin yaradılması, sərhəd idarəçiliyinin gücləndirilməsi, transsərhəd əməkdaşlığının inkişafı, şəxsiyyəti təsdiq edən sənədlərin təhlükəsizliyinin gücləndirilməsi, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə məlumat mübadiləsi və beynəlxalq müdafiənin təmini imkanlarının möhkəmləndirilməsi, tərəfdaş dövlətlərlə miqrasiya üzrə məlumat bazasının təkmilləşdirilməsi və yenilənməsi, miqrasiyanın monitorinqi imkanlarının artırılması, miqrasiya sahəsində Azərbaycanın yerli qurumları ilə Avropa İttifaqının müvafiq təsisatları arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.
Bəyannamə Vilnüsdə viza rejiminin sadələşdirilməsi haqqında Sazişdən sonra Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında bu il ərzində imzalanmış ikinci önəmli sənəddir. Bu da Azərbaycan ilə Aİ arasında münasibətlərin inkişaf dinamikasının bariz göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

