/ / Virgil Stefan Nitulesku: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır
Virgil Stefan Nitulesku: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır
07.12.2013 [09:25]
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında iştirak edən Rumıniyanın Milli Kənd Muzeyinin baş meneceri Virgil Stefan Nitulesku AzərTAc-a müsahibəsində deyib.
Sessiyanın yüksək səviyyədə təşkilinə görə ölkəmizə minnətdarlığını bildirən Virgil Stefan Nitulesku aparılan dialoq, müzakirə və debatların Azərbaycan üçün gələcəkdə daha səmərəli, faydalı əməkdaşlığa şərait yaradacağına əminliyini ifadə edib.
Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu deyən V.Nitulesku beynəlxalq miqyasda ölkəmizə artan marağı məmnunluqla qeyd edib. O, bu cür mötəbər tədbirlərin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verəcəyini diqqətə çatdırıb.
Azərbaycanın Rumıniyada bir çox sahələrə sərmayə yatırdığını bildirən V.Nitulesku ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirərək deyib: “Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanların ibadət etməsi üçün sinaqoq, kilsə və məscidlərin fəaliyyəti ölkənizdə bütün dinlərə sayğı ilə yanaşıldığının göstəricisidir. Dini tolerantlıq Azərbaycanın zənginliyidir. Ölkənizdə dövlət və din arasında münasibətlər müvəffəqiyyətlə tənzimlənir”.
Qonaq deyib: “Bakıya artıq ikinci səfərimdir. Görməli yerləriniz, gözəl parklarınız, tarixi abidələriniz xoş təəssürat yaradır. Bakının qədim və müasir tikililəri diqqəti xüsusilə cəlb edir”.
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə toxunan rumıniyalı qonaq müasir dünyada sülh fəlsəfəsinin yayıldığı bir dövrdə regionda belə problemin olmasının bölgəyə mənfi təsir göstərdiyini qeyd edib. Tərəflər arasında dialoqların aparılmasının əhəmiyyətindən danışan Virgil Stefan Nitulesku Avropa İttifaqının və digər beynəlxalq qurumların məsələnin sülh yolu ilə həllinə daha yaxından cəlb olunmasının vacibliyini vurğulayıb.
Münaqişənin yalnız danışıqlar yolu ilə həll olunmasının vacibliyini qeyd edən V.Nitulesku Azərbaycanın ənənəvi çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi münasibətilə ölkəmizi təbrik edib, bu oyunun əslində milli adət-ənənəni aşıladığını və milli mənliyin formalaşmasında böyük rol oynadığını qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19

