Yunanıstan Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır
14.12.2013 [10:24]
Dekabrın 13-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqas ilə görüşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir yeni təyinatı münasibətilə səfiri təbrik edib və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf dövrünü yaşadığını xatırladan daxili işlər naziri ölkələrimizin və xalqlarımızın milli maraqlarına və mənafelərinə uyğun olaraq, dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı səfərlər, ən yüksək səviyyədə imzalanmış sənədlər sayəsində birgə əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
Nazir DİN-in fəaliyyət istiqamətləri və funksional vəzifələri, ölkəmizdəki kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən yeniləşmə və islahatlar prosesindən danışıb.
Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən birinin insan və vətəndaş hüquq və azadlıqlarının qorunması olduğunu deyən Ramil Usubov həmin məsul vəzifələrin yerinə yetirilməsi üçün kadrların düzgün seçilərək yerləşdirilməsinə, əməkdaşların peşəkarlığının artırılmasına, qabaqcıl təcrübənin xidməti fəaliyyətdə tətbiqinə xüsusi diqqət yetirildiyini qeyd edib.
Ölkələrimizin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın yalnız Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini nəzərə çatdıran nazir hələ 2008-ci ildə “Azərbaycan Respublikasının Hökuməti və Yunanıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğunu xatırladıb, həmin sənədin imzalanmasının əlaqələrin daha da genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacağını, rəhbərlik etdiyi qurumun bu işdə maraqlı olduğunu bildirib.
Problemlərə toxunularkən bütün dünya dövlətləri üçün təhlükəli olan transmilli mütəşəkkil cinayətkarlığa qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanıb.
Ətraflı məlumata görə təşəkkür edən səfir Dimitrios Tsounqas ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib, ikitərəfli əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini deyib.
Xəbər lenti
Hamısına baxGündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14

