/ / “Azərbaycanın iqtisadi inkişaf potensialı və onun reallaşdırılması istiqamətləri: Qaradağ rayonunun töhfəsi” mövzusunda elmi-praktik konfrans keçirilib
“Azərbaycanın iqtisadi inkişaf potensialı və onun reallaşdırılması istiqamətləri: Qaradağ rayonunun töhfəsi” mövzusunda elmi-praktik konfrans keçirilib
30.12.2013 [09:17]
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanın iqtisadi inkişaf potensialı və onun reallaşdırılması istiqamətləri: Qaradağ rayonunun töhfəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
İcra Hakimiyyətindən AzərTAc-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları qəsəbədə Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsinin önünə güllər düzüblər.
Tədbirdə ölkəmizin iqtisadi inkişafını əks etdirən qısametrajlı film nümayiş olunub.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək Azərbaycanın hazırkı inkişaf yolunun əsas istiqamətlərindən danışıb. O bildirib ki, bu inkişaf, ilk növbədə, xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirib.
Vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni ideyalarla zənginləşdirilərək tətbiq edilir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti sayəsində ölkəmiz aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə daha da inkişaf etdirib. Fəttah Heydərov deyib ki, Azərbaycan təkcə regionda deyil, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyası ilə nəticələndiyini deyib.
Milli Məclisin deputatı Hadı Rəcəbli demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərdən danışıb. O deyib ki, bu problemlərin həll olunması Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, ayrı-ayrı ölkələrlə milli maraqlara cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlıdır.
Bildirilib ki, son on il ərzində Azərbaycan sürətli inkişaf dövrünü yaşayıb, mövcud problemlərin böyük hissəsi öz həllini tapıb, müxtəlif istiqamətlər üzrə konkret proqramlar icra edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov 2003-2013-cü illərin Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olduğunu bildirib.
Qeyd olunub ki, son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atıb və bu uğurlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb.
Milli Məclisin deputatı Mixail Zabelin “Azərbaycanın iqtisadi tərəqqisində rus icmasının yeri və rolu”, professor İsa Alıyev “Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsində: perspektiv hədəf və istiqamətlər”, iqtisad üzrə fəlsəfə doktoru Roza Əliyeva “Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti və onun icrasında Qaradağ rayonunun təcrübəsi”, iqtisad üzrə fəlsəfə doktoru Elşən Səmədzadə “Azərbaycanın iqtisadi inkişafı: tarixi baxış və gələcək haqqında düşüncələr” mövzularında məruzələrlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

