İnfocus: Azərbaycanda alternativ enerji mənbələrindən istifadə artmaqdadır
08.01.2014 [08:53]
İtaliyanın “İnfocus” xəbər portalında Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artması ilə bağlı məqalə yerləşdirilib.
Yazıda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məlumatına istinadla qeyd olunur ki, 2015-ci ilədək Azərbaycanda üç yeni külək enerjisi stansiyasının qurulması nəzərdə tutulub.
Məqalədə bildirilir ki, Azərbaycanda iqtisadiyyatın neft və qaz ehtiyatlarından asılılığını azaltmaq üçün alternativ enerji mənbələrindən istifadəyə dair Dövlət Proqramı qəbul olunub. Ölkədə 2020-ci ilədək alternativ enerji mənbələrindən istifadənin əhəmiyyətli dərəcədə genişləndirilməsi nəzərdə tutulub. İndiyədək müvafiq sahəyə 500 milyon ABŞ dolları həcmində sərmayə yatırılıb.
Müəllif məqalədə Azərbaycanın energetika naziri Natiq Əliyevin fikirlərinə də yer verib. Nazirin sözlərinə görə, ənənəvi enerji mənbələrinin ətraf mühitə vurduğu ziyanı və bu ehtiyatların tükənmək riskini nəzərə alsaq, bərpa olunan alternativ enerjidən istifadə olduqca vacibdir. Bu baxımdan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin üzvü olan Azərbaycan kiçik və orta biznes qurumlarını fəaliyyətlərində bu enerji mənbələrindən istifadə etmələri üçün həvəsləndirir. Bu istiqamətdə ölkə Dünya Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə qurumları ilə əməkdaşlıq edir. O deyib: “Bununla belə, Azərbaycanın sürətli iqtisadi inkişafı və tərəqqisi, dünya enerji bazarında nüfuz sahibinə çevrilməsi neft və qaz ehtiyatlarından səmərəli istifadənin nəticəsidir. Bu ehtiyatlar ölkəmizin mühüm strateji münasibətlər qurmasına və əməkdaşlıq əlaqələrini genişləndirməsinə böyük imkanlar yaratmışdır. Məhz bu ehtiyatlar hesabına regional və Avropa enerji xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyildir”.
Yazıda qeyd edilir ki, nazir, həmçinin regional və qitə miqyasında enerji təhlükəsizliyinə töhfə verən, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin TANAP, TAP və digər layihələrin əhəmiyyətini vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31

