Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyi edir
23.06.2026 [11:52]
İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyası keçirilir
Azərbaycan Milli Məclisin ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası öz işinə başlayıb. 22-25 iyun tarixlərini əhatə edəcək “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusunda baş tutacaq sessiyaya 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan çox ölkə spikeri və 10 beynəlxalq təşkilatın nümayəndələri qatılır. Tədbirdə, təxminən 400 nəfər iştirak edir.
Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclaslarının keçirilməsi nəzərdə tutulur. İlk gündə təşkilatın İcraedici Komitəsinin 56-cı iclası keçirilib. Tədbirdə İƏT-ə üzv dövlətlərin parlament nümayəndə heyətlərinin rəhbərləri, üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
İƏT Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass açılış nitqində tədbirin əhəmiyyətindən bəhs edib. O, üzv ölkələr arasında parlament əməkdaşlığının gücləndirilməsinin və birgə təşəbbüslərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov isə bildirib ki, təşkilatın yaradılmasına rəvac verən və ölkələri bu təsisat ətrafında birləşdirən fundamental şərtlər əvvəldən bəri dəyişməz olaraq qalır. Bunlar bir yerdə olmaq və ölkələrimizi, dövlətlərimizi, xalqlarımızı narahat edən və düşündürən suallara kollektiv şəkildə cavab tapmaqdır.
İclasda İƏTPİ Konfransının 20-ci sessiyasının gündəliyi, tədbirin proqramı və digər təşkilati məsələlər nəzərdən keçirilib.
Həmçinin təşkilatın Baş Katiblər Assosiasiyasının 7-ci iclası keçirilib. İclasda Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev gündəlikdəki məsələlər barədə məlumat verib. O vurğulayıb ki, parlamentlərin istifadə etdiyi bir çox alət və vasitələr artıq zamanın tələblərinə cavab vermir. “Qlobal dünyada parlamentlərin fəaliyyəti müasir beynəlxalq təcrübənin yeniliklərinə əsaslanmalıdır. Alətlərin daha əlçatan olması, görülən tədbirlərin isə daha adekvat və səmərəli şəkildə həyata keçirilməsi vacibdir. Rəqəmsal, ekoloji və digər sahələrdə baş verən yeniliklər parlamentlərin fəaliyyətinə də öz təsirini göstərib. Bu səbəbdən müasir fəaliyyət modelləri daim zənginləşdirilməli və təkmilləşdirilməlidir”.
Fərid Hacıyev Milli Məclisin bu istiqamətdə bir sıra innovativ həllərin tətbiqinə nail olduğuna diqqət çəkib. O əlavə edib ki, hazırda da bu sahədə ardıcıl və ciddi işlər görülür.
İƏT Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass İslam dünyasının hazırda siyasi, iqtisadi və humanitar böhranların bir-birinə qarışdığı, təhlükəsizlik, sabitlik və dayanıqlı inkişafla bağlı çağırışların artdığı həssas bir mərhələdən keçdiyini xatırladıb. Onun sözlərinə görə, bu vəziyyət hər kəsin üzərinə müştərək parlament fəaliyyətini gücləndirmək, uğurlu təcrübə və bilikləri bölüşmək, xalqlarımızın istək və ümidlərinə uyğun olaraq institusional iş alətlərini təkmilləşdirmək üçün ikiqat məsuliyyət qoyur.
İclasda çıxış edənlər parlament katiblikləri arasında əməkdaşlığın gücləndirilməsinin, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinin və qanunvericilik orqanlarının institusional potensialının artırılmasının əhəmiyyətindən danışıblar. İclasın sonunda Assosiasiyanın fəaliyyəti ilə bağlı təşkilati məsələlərə baxılıb, gələcək əməkdaşlıq istiqamətləri və növbəti dövr üçün fəaliyyət prioritetləri müəyyənləşdirilib.
İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində Müsəlman Qadın Parlamentarilərinin 13-cü Konfransı da baş tutub. Tədbirdə çıxış edən Baş katibin müavini Əli Asghar Məhammadi Sijani bildirib ki, Bakı hər zaman mühüm dialoqların və beynəlxalq tədbirlərin keçirildiyi məkan olub. Müsəlman Qadın Parlamentarilərinin Konfransının da Bakıda təşkil edilməsi qadın parlamentarilərin siyasi və ictimai həyatda oynadığı mühüm rolu bir daha nümayiş etdirir.
Milli Məclisin deputatı Nigar Məmmədova deyib ki, Azərbaycan çoxsaylı beynəlxalq platformalarda müsəlman dövlətlərini birliyə çağırır. Bu tədbir də ortaq dəyərlərimizə, qarşılıqlı hörmətə və parlamentlərarası əməkdaşlığa sadiqliyimizin bariz ifadəsidir. Müsəlman qadın parlamentarilər cəmiyyətlərimizin inkişafında, qanunvericilik təşəbbüslərinin formalaşdırılmasında, sosial rifahın gücləndirilməsində, sülhün təşviqində və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rol oynayırlar. Bugünkü müzakirələr qadınların münaqişələrin həllində iştirakının artırılması, münaqişələrdən zərər çəkmiş müsəlman qadın və uşaqların müdafiəsi, eləcə də parlamentlərimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə deputat qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

