Sədaqət Vəliyeva: Azərbaycanın məqsədi Xəzər dənizini sülh hövzəsinə çevirməkdir
31.01.2014 [10:24]
“Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsilə əlaqədar bütün hövzə ölkələrinin mövqeyi aydındır. Lakin hələ də ümumi məxrəcə gəlmək və saziş imzalamaq üçün konkret addımlar atılmır. Burada isə bəzi Xəzəryanı ölkələrin hərbi-siyasi və iqtisadi maraqları toqquşur. Amma istənilən halda Azərbaycanın məqsədi Xəzər dənizini sülh hövzəsinə çevirməkdir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib.
Deputatın sözlərinə görə, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı ümumilikdə, hövzə dövlətlərinin xalqlarının perspektiv inkişafı və rifahı nəzərə alınmalıdır.
Sədaqət Vəliyeva vurğulayıb ki, qarşılıqlı ittihamlar və “əzələ” nümayişi problemin həlli yolu deyildir: “Bu gün reallıqdır ki, Azərbaycan Avropanın ən etibarlı enerji təchizatçısına çevrilib. Azərbaycandan Avropa qitəsinə doğru uzanan 7 neft və qaz kəmərləri bütövlükdə həm Xəzər, həm Qara, həm də Aralıq dənizlərinin inteqrasiyasına və çiçəklənməsinə səbəb olur. Bu mənada, Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə, Xəzər dənizi hövzəsini inkişaf mənbəyinə çevirmək, eyni zamanda, Xəzər-Qara-Aralıq və Xəzər-Qara-Baltik dənizləri istiqamətində etibarlı enerji “təhlükəsizliyi kəməri” formalaşdırmaq olar. Sadəcə olaraq, Azərbaycan-Rusiya-Qazaxıstan arasında olan razılıq formulunu İran və Türkmənistan da qəbul etməli və xalqlarımızın gələcək inkişafına indidən töhfə verməlidirlər”.
Sədaqət Vəliyeva son dövrlərdə İranla Azərbaycan və Qərb ölkələri, eləcə də, Türkmənistanla həm Azərbaycan, həm Türk dünyası, həm də Avropa dövlətləri arasında münasibətlərin istiləşməsinə əsaslanaraq, Xəzərin hüquqi statusuna dair toplantıda nəticənin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxTurizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21

