Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 3-də keçiriləcək
31.01.2014 [10:37]
Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının ilk iclası fevralın 3-də keçiriləcək.
AzərTAc xəbər verir ki, bunu yanvarın 30-da jurnalistlərə müsahibəsində Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
A.Təvəkküloğlu xatırladıb ki, Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq yaz sessiyasının ilk iclası fevralın 1-də başlamalıdır. Lakin yenə də nizamnaməyə uyğun olaraq əgər həmin gün bayram və ya istirahət günlərinə təsadüf edərsə, iclas başqa günə keçirilir. Fevralın 1-i və 2-si istirahət günlərinə düşdüyündən yaz sessiyasının ilk iclası ayın 3-də keçiriləcək.
Bildirilib ki, iclasda Milli Məclisin intizam və hesablayıcı komissiyalarının yenidən təşkili, 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı ilə bağlı məsələlərə baxılacaq. Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında”, “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq. Həmçinin, Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasının və “Beynəlxalq Telekommunikasiya Reqlamenti”nin təsdiq edilməsi barədə qanun layihələri müzakirə olunacaq.
İclasda “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixi 896-IIQ nömrəli Qanununda və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılacaq.
Milli Məclisin deputatları Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsini də nəzərdən keçirəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

