Bakı Ali Neft Məktəbində Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib
01.02.2014 [09:01]
Dünən Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
BANM-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə çıxış edən ali məktəbin rektoru Elmar Qasımov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin əhəmiyyətindən danışıb.
E.Qasımov qeyd edib ki, bu gün Azərbaycanda gənclərin inkişafı və gələcəkdə lider kimi yetişmələri üçün dövlət tərəfindən bütün lazımi şərait yaradılıb və bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir.
BANM-in kollektivini qısa müddətdə əldə etdiyi uğurlar münasibətilə təbrik edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov bildirib ki, tələbə gənclər dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, incəsənətin və idmanın inkişafında əhəmiyyətli rol oynayırlar.
Azərbaycanın insan potensialının özəyi olan gənclərin inkişafı və həyatda özlərini təsdiq etmələri üçün dövlət tərəfindən bütün şəraitin yaradıldığını qeyd edən T.Süleymanov bildirib ki, hər bir gənc bu imkanlardan maksimum bəhrələnməlidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib ki, qısa müddətdə ali məktəbin infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görülüb. Bunun nəticəsində artıq iki ildir ki, BANM Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi təhsil müəssisələrinin reytinq cədvəlində birinci yerdə qərarlaşıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən danışaraq bu gün Azərbaycanda gənclərlə işin dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov çıxış edərək ölkəmizdə aparılan gənclər siyasəti və bu istiqamətdə görülən işlərdən danışıblar.
Sonda ATGTİ və BANM-in tələbə gənclər təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Gənc neftçilər” olimpiadasının və müxtəlif yarışların qalibi olan tələbələrə diplom və sertifikatlar verilib.
Xəbər lenti
Hamısına baxGündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14

