/ / “The Economist” jurnalının Azərbaycanda dərc olunmuş “Dünya 2014” illik nəşrinin təqdimatı keçirilib
“The Economist” jurnalının Azərbaycanda dərc olunmuş “Dünya 2014” illik nəşrinin təqdimatı keçirilib
22.02.2014 [13:34]
Bu il ilk dəfə olaraq Azərbaycanda məşhur “The Economist” jurnalının “Dünya 2014” illik nəşri dərc edilib.
AzərTAc xəbər verir ki, fevralın 21-də “ADA” Universitetində nəşrin təqdimatı olub.
Tədbirdə “The Economist”in Azərbaycanda rəsmi lisenziya sahibi olan “GT Group” şirkətinin baş meneceri George Şaraşidze çıxış edərək bildirib ki, jurnalın Azərbaycan dilində nəşr olunması xüsusi əhəmiyyət kəsb edir. Dünyanın hər yerində tanınmış və yüksək reytinqə malik “The Economist” jurnalı artıq Azərbaycanın media bazarına daxil olur.
Xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev mərasimdə çıxış edərək jurnalın Azərbaycanda nəşr edilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Azərbaycanın sürətlə inkişaf etdiyi bir vaxtda belə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Rektor müxtəlif mövzularda məqalələrin yer aldığı yeni nəşrin oxucuların böyük marağına səbəb olacağını bildirib. Qeyd edib ki, bu jurnal oxucuların dünyagörüşünü artıracaq, onların beynəlxalq aləmdə baş verən hadisələri təhlil etmək bacarıqlarını inkişaf etdirəcək.
ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Riçard Morninqstar və İrfan Siddiq çıxış edərək jurnalın ölkəmizdə nəşr edilməsinin əhəmiyyətini qeyd edib, bununla bağlı təbriklərini çatdırıblar.
Diplomatlar bu nəşrin uğur qazanacağına əminliklərini bildiriblər.
Yeni nəşrdə “The Economist”in redaktorlarının, iqtisadiyyat, siyasət, biznes, elm və texnologiya sahələri üzrə dünyada tanınmış ekspertlərin, diplomatların, o cümlədən xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayevin, təhsil naziri Mikayıl Cabbarovun, gənclər və idman naziri Əbülfəs Qarayevin, biznes dairələrinin tanınmış nümayəndələrinin məqalələri yer alıb.
Xatırladaq ki, “Dünya” jurnalı ilk dəfə 28 il bundan əvvəl “The Economist”in illik hadisələr və meyillər üzrə proqnozlarının əks olunduğu bir nəşr kimi çap olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

