/ / Azərbaycanın Göyçay və İtaliyanın Valmontone şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb
Azərbaycanın Göyçay və İtaliyanın Valmontone şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb
04.03.2014 [09:40]
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri çərçivəsində Valmontonenin “Palazzo Doria” sarayında bu şəhərin meri Alberto Latini ilə görüş keçirilib. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
A.Latini ötən il Valmontonedən olan nümayəndə heyətinin Göyçaya səfərini xatırladıb və bildirib ki, Azərbaycanda keçirilən görüşlər iki şəhər arasında əməkdaşlıq istiqamətlərinin və layihələrin təsbit edilməsində mühüm addım olub. A.Latini Göyçayın Valmontone üçün Şərqə, Valmontonenin isə Göyçay üçün Avropaya açılan qapı rolunu oynayacağını deyib.
M.Məmmədov Göyçay ilə Valmontone arasında iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə davamlı və faydalı əlaqələrin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərləri paylaşmasına geniş imkan yaradır.
Göyçayın xüsusən qeyri-adi dada malik narı ilə məşhur olduğunu deyən M.Məmmədov bölgədə son illər narçılıq təsərrüfatlarının inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Göyçayda hər il ənənəvi Nar bayramı keçirilir və gələcəkdə bu cür maraqlı bir festivalın İtaliyanın şəhərləri ilə birgə təşkil edilməsi maraqlı olardı.
Səfir V.Sadıqov Azərbaycan-İtaliya əlaqələrinin tarixindən danışıb, tərəflər arasında təkcə iqtisadi sahədə deyil, təhsil, mədəniyyət, humanitar və digər istiqamətlərdə də münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib. Ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin və müxtəlif sahələr üzrə ikitərəfli sənədlər imzalanmasının əlaqələrin inkişafına töhfə verdiyini vurğulayan səfir regionlarımız arasında da münasibətlərin genişləndiyini təqdir edib.
Sonra Valmontone və Göyçay şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb.
Sənədi M.Məmmədov və A.Latini imzalayıblar. Müqavilədə iki şəhər arasında bütün səviyyələrdə, o cümlədən təhsil, iqtisadi-sosial, mədəniyyət, incəsənət, idman kimi sahələrdə əlaqələrin genişləndirilməsi, məlumat və təcrübə mübadilələrinin təşviq edilməsi nəzərdə tutulur. Sənəddə Göyçay və Valmontonenin coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, ortaq dəyər və maraqlara malik olduğu xüsusi vurğulanır.
Qeyd edək ki, İtaliya və Azərbaycan şəhərləri arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm önəm kəsb edən qardaşlaşma münasibətlərinin qurulması ənənə halını alıb. Artıq Çerveteri ilə Lənkəran, Valmontone ilə Göyçay, Pozitano ilə Naftalan şəhərlərinin qardaşlaşmasına dair müvafiq əməkdaşlıq sənədləri imzalanıb. Həmçinin Turin ilə Gəncə, Genuya ilə Sumqayıt, Florensiya ilə Şəki, Bormio ilə Qax şəhərlərinin qardaşlaşması ilə bağlı razılıq əldə olunub. Eyni zamanda Genuya ilə Sumqayıt arasında əməkdaşlıq sənədi imzalanıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Valmontonedəki bir sıra sosial, kənd təsərrüfatı və sənaye obyektləri ilə tanışlığı da nəzərdə tutulur.
Səfər martın 3-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

