/ / YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Seyşel Adaları Respublikasının keçmiş prezidenti Sir Riçard Mançamla görüşüb
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Seyşel Adaları Respublikasının keçmiş prezidenti Sir Riçard Mançamla görüşüb
15.03.2014 [10:43]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Seyşel Adaları Respublikasının keçmiş prezidenti Sir Riçard Mançamla görüşüb.
Qonağı salamlayan Əli Əhmədov onun Azərbaycana artıq ikinci dəfədir səfər etdiyini bildirib. Əli Əhmədov bu səfərin Azərbaycanla tanışlıq üçün qonağa yeni imkanlar yaradacağını qeyd edib.
“Siz təkcə təmsil olunduğunuz ölkədə deyil, həm də dünyada tanınan ictimai xadimlərdənsiniz. Sizin Azərbaycana olan xoş dostluq münasibətinizi yüksək qiymətləndiririk. Sizin ilk səfəriniz ötən ilin oktyabrında olub. Bu səfər zamanı siz Azərbaycanda keçirilən prezident seçkilərini beynəlxalq müşahidəçi kimi izləmisiniz. Bu seçkilərin nəticələri ilə bağlı obyektiv və müsbət rəy verdiyiniz üçün təşəkkür edirəm. Biz sizi Azərbaycanın dostu hesab edirik. Bildiyim qədər siz hələ gənc yaşlarınızdan ölkənizin baş naziri olmusunuz, müstəqillik qazandıqdan sonra isə həmin dövlətin ilk prezidenti seçilmisiniz, siyasi proseslərdə iştirak etmisiniz. Eyni zamanda, çox şadam ki, bir müddət öncə sizin rəhbəri olduğunuz jurnal Azərbaycan Prezidenti İlham Əliyevi “İlin adamı” elan etmişdi” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Qonağa Azərbaycanın inkişafı haqqında ətraflı məlumat verən Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar öz nəticəsini verib və Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. “Neft gəlirlərinin səmərəli istifadəsi Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə vermişdir. Hazırda bir çox dünya dövlətləri iqtisadi böhrandan əziyyət çəkdiyi halda Azərbaycan dinamik şəkildə inkişaf edir” - deyə, Baş nazirin müavini vurğulayıb.
Səmimi görüşə görə minnətdarlığını bildirən Sir Riçard Mançam deyib ki, vaxtilə dünya iki qütbə bölünmüşdü. Onun sözlərinə görə, Qərb ölkələrinin və bu ölkələrlə əlaqədə olan dövlətlərin, o cümlədən Seyşel Adaları Respublikası ictimaiyyətinin SSRİ-nin tərkibindəki respublikalar haqqında məlumatı yox idi: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə dünyada tanınmağa başladı. Bu gün isə Azərbaycan müstəqil dövlət kimi özünü dünyanın siyasi arenasında təsdiq edə bilmişdir. Azərbaycanın demokratik inkişaf yolu tutması gələcəkdə onun daha da güclənməsinə gətirib çıxaracaq”.
Azərbaycanda böyük inkişafı müşahidə etdiyini söyləyən sabiq prezident ölkəmizə böyük maraq göstərdiyini vurğulayıb. O, bundan sonrakı fəaliyyəti zamanı da Azərbaycanın uğurlarını təbliğ edəcəyini deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev iştirak ediblər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42

