Bakıda birinci Azərbaycan Ətraf Mühit Forumu keçirilib
19.03.2014 [10:09]
Martın 18-də Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkilatçılığı ilə birinci Azərbaycan Ətraf Mühit Forumu keçirilib.
AzərTAc xəbər verir ki, “Azərbaycanın yaşıl sabahını birlikdə quraq” şüarı altında keçirilən tədbirdə IDEA-nın layihə direktoru Anara İsmayılova İctimai Birliyin fəaliyyəti haqqında məlumat verib.
Sonra IDEA İctimai Birliyi tərəfindən hazırlanmış sosial videoçarx nümayiş etdirilib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Forumda çıxış edərək bildirib ki, son illər ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı mühüm işlər görülüb. Yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması, tullantıların idarə edilməsi sahəsində uğurlar əldə olunub. Bu işlərin həyata keçirilməsində əlbəttə, vətəndaş cəmiyyəti təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. IDEA İctimai Birliyinin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir.
Nazir deyib ki, son vaxtlar ölkəmizdə yaşıllıqların artması istiqamətində mühüm irəliləyişlər var. Bəzi dağlıq ərazilərdə insanların yanacaq kimi odundan istifadə etmələrinə görə vaxtilə meşələrin qırılması nəticəsində müəyyən problemlər yaranıb. İndi isə peykdən əldə olunan şəkillərdən də görünür ki, Qəbələ, İsmayıllı və başqa ərazilərdə 300-500 hektarlıq açıq yaşıl rəngdə olan örtüksüz ərazilər tünd yaşıl rəngə çevrilir. Bunun nəticəsində meşələrimizin ərazisi 0,4 faiz artıb.
H.Bağırov bildirib ki, nazirlikdə ətraf mühitlə bağlı Ekoloji Şura formalaşıb. İclaslarında iştirakın sərbəst olduğu Şurada iri layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri müzakirə edilir. Bundan sonra həmin sənədlər QHT-lərin rəyləri nəzərə alınmaqla formalaşdırılır.
Nazir, həmçinin son illər Abşeron yarımadasında ekoloji problemlərin həlli istiqamətində görülən işlərdən də danışıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek dünya əhalisinin sayının artmasının, urbanizasiya səviyyəsinin yüksəlməsinin, sənayenin inkişafının, həmçinin təbii fəlakətlərin ətraf mühitə təsirindən danışıb. O deyib ki, müasir dövrdə ətraf mühitin mühafizəsində dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin də böyük rolu var.
A.Broek bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycan hökuməti ilə ətraf mühitin mühafizəsi sahəsində birgə layihələr həyata keçirir və son illər bu əməkdaşlıq daha da inkişaf edib.
Rezident əlaqələndirici Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin bu istiqamətdə gördüyü işlərin, xüsusilə də ətraf mühitin mühafizəsi işinə gənclərin cəlb olunmalarının əhəmiyyətini qeyd edib. O, Forumun ətraf mühitin qorunması sahəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrə mühüm töhfə verəcəyini vurğulayıb.
Daha sonra “Hər kağızı bir yarpağa dəyişək” layihəsi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Forum işini iki paneldə davam etdirib. Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru Vüqar Məmmədovun moderatorluğu ilə keçirilən “Ekoloji problemlərə milli baxış, onların həlli yolları və bu işdə QHT-lərin rolu” mövzusunda birinci paneldə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Zakir İbrahimov çıxış edərək bildirib ki, Azərbaycanda ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir. IDEA İctimai Birliyinin ətraf mühitin qorunması sahəsində yerli və beynəlxalq layihələr reallaşdırması, mövcud ekoloji problemlərin həllinə diqqət yetirməsi təqdirəlayiqdir.
Diqqətə çatdırılıb ki, tullantıların idarə edilməsi də ekoloji problemlərin həlli prosesinin bir hissəsidir. Bu baxımdan “Təmiz Şəhər” ASC-nin fəaliyyəti xüsusi qeyd edilməlidir. Əsas məqsəd tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq, idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirməkdir.
Bildirilib ki, tullantıların vahid və kompleks şəkildə zərərsizləşdirilməsi sistemi tətbiq edilir. Tullantıların ən müasir zərərsizləşdirmə üsullarından biri yandırma və ondan alınan enerjinin istehsalıdır. Bakıda belə zavodun tikilməsi Azərbaycan hökuməti tərəfindən tullantıların idarə edilməsi sahəsində infrastrukturun inkişafı ilə bağlı həyata keçirilən ən önəmli tədbirlərdən biridir.
Daha sonra paneldə “Meşələrin inkişafı və mühafizəsi sahəsində beynəlxalq qurumlar ilə dövlətin birgə əməkdaşlığı”, “Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin səmərəliliyi və təmsil olunma dərəcəsi”, “Abşeron yarımadasında Azərbaycan SSRİ dövründən qalmış ekoloji problemlərin həllində ictimaiyyətin rolu”, “Azərbaycanda su problemləri və bu sahədə beynəlxalq əməkdaşlıq” mövzularında məruzələr dinlənilib.
“Azərbaycanda ətraf mühitin qorunması sahəsində QHT və dövlət strukturları arasında əməkdaşlığın bu günü və sabahı” mövzusunda paneldə isə “Ətraf mühitin mühafizəsində yaşıl iqtisadiyyatın rolu”, “Azərbaycanda biomüxtəlifliyin mühafizəsinin əsas problemləri”, “Dayanıqlı inkişaf üçün ekoloji maarifləndirmənin müasir problemləri və onların həlli yolları”, “Bərk məişət tullantılarının ətraf mühitə təsiri”, “Azərbaycan regionlarının inkişafında ekoloji menecment strategiyasının tətbiq edilməsinin vacibliyi”, “İqlim dəyişikliyi sahəsində QHT və dövlət əməkdaşlığı” mövzularında müzakirələr aparılıb.
Sonda Forumun Bəyannaməsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54

