/ / Ziyafət Əsgərov: Jirinovski kimi təlxəyin axmaq və təhlükəli fikirlərini davam etməsinə dur deməyin vaxtı çoxdan çatmışdır
Ziyafət Əsgərov: Jirinovski kimi təlxəyin axmaq və təhlükəli fikirlərini davam etməsinə dur deməyin vaxtı çoxdan çatmışdır
19.03.2014 [10:14]
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov V.Jirinovskinin Azərbaycan xalqının ünvanına söylədikləri fikirlərə münasibət bildirib.
Z.Əsgərov deyib: “Adi adamdan fərqli olaraq, siyasətlə məşğul olan psixi xəstəliyə tutulursa, yaxud elə anadangəlmə dəlidirsə, bunun çox təhlükəli fəsadlarının ola biləcəyinə şübhə edən tapılarmı?
V.Jirinovskiyə siyasi təlxək deyirlər, fikrimizcə, “tərif” doğrudursa da, natamamdır, çünki o, həm də xəstə siyasi təlxəkdir.
Azərbaycanlı adlı xalqın əslində mövcud olmadığını “kəşf edən” bu başabəla “tarixçi-şərqşünas” Rusiya Dövlət Dumasının tribunasından demişdir: “Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər - Xəzər dənizi, baca - yəni yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu, millət deyil axı”.
Bu, nə deməkdir? Bu, o deməkdir ki, öz soykökünü gizlədən, atasının milliyyətini soruşduqda “hüquqşünasdır”, - deyə cavab verən bu xəstə siyasi təlxək Jirinovski böyük tarixi və mədəniyyəti olan xalqı təhqir etmişdir. Bu sarsağın sayıqlamalarına əhəmiyyət verməmək də olardı, amma bu sözlərin Rusiya parlamentinin divarları arasında səslənməsi və orada heç olmasa kiçik bir etiraza səbəb olmaması təəssüf doğurur.
Belə bir fakta necə göz yummaq olar ki, böyük elmi-mədəni və siyasi potensialı ilə dünyada tanınan Rusiyada, onun paytaxtında siyasi elitanın, elmi-siyasi ictimaiyyətin gözləri qarşısında bu ağıldankəm zavallı Azərbaycan xalqının soykökü ilə bağlı sərsəmləmə ilə çıxış edir?!
Artıq neçənci dəfədir ki, Jirinovski Azərbaycan xalqını, dövlətini təhqir edən bəyanatlar verir. Belə açıqlamalara münasibətdə Rusiyanın rəsmi dairələrində, elə bizdə də bəzən deyirlər ki, Jirinovskinin fikirləri “dəli sayıqlamalarıdır, Rusiyanın mövqeyini ifadə etmir, əhəmiyyət vermək lazım deyil və s”. Amma bu da reallıqdır ki, Jirinovskinin məsuliyyətsiz, ünvanına hədyanlar söylədiyi qonşu xalqlarda və dövlətlərdə hiddət doğuran, bir sıra hallarda diplomatik qalmaqallara səbəb olan “ritorikası”nın qarşısı alınmır.
Bu da ciddi təəssüf doğurmaqla bərabər, həm də düşündürücüdür.
Jirinovskinin son “çıxışı” beynəlxalq hüquq normalarını, siyasi etikanı ayaq altına alır.
Jirinovskini siyasi təlxək adlandırmaq vəziyyətdən çıxış yolu deyil, onun sərsəmləmələrində aşkar stiqma elementləri yer alır ki, bunları ağılsızlığın adına yazmaqla, yaxanı kənara çəkmək düzgün deyildir.
Aydındır ki, Azərbaycan-Rusiya münasibətləri bu başabəla “siyasətçi”nin sərsəm fikirləri ilə zədələnən deyil, çünki həmin münasibətlər müstəqillik illərinin sınağından keçmiş, qarşılıqlı faydalı əməkdaşlığın möhkəm təməlləri üzərində inkişaf edir.
Bununla belə, Jirinovski kimi təlxəyin söz azadlığının imkanlarından faydalanaraq, axmaq və təhlükəli fikirlərini davam etməsinə dur deməyin vaxtı çoxdan çatmışdır”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

