Moskvada MDB-nin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası olub
05.04.2014 [10:57]
Aprelin 4-də Moskvada MDB-nin Xarici İşlər Nazirləri (XİN) Şurasının növbəti iclası keçirilib. İclasda Birliyin üzvü olan bütün ölkələrin nümayəndələri iştirak ediblər. Azərbaycanı tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.
Belarusun xarici işlər naziri Vladimir Makey iclasa sədrlik edib.
Xarici siyasət idarələrinin rəhbərləri Birlik ölkələrinin beynəlxalq siyasət sahəsində inteqrasiya əlaqələri məsələlərini gözdən keçiriblər. O cümlədən, 2013-cü il üçün MDB-nin xarici siyasət idarələri arasında çoxcəhətli məsləhətləşmələr planının həyata keçirilməsinin gedişi müzakirə olunub, 2014-cü il üçün oxşar plan təsdiq edilib.
Ötən il MDB çərçivəsində altı XİN-lərarası məsləhətləşmə keçirilib. Birləşmiş Millətlər Təşkilatında, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq forumlarda birgə təşəbbüslərin irəli sürülməsi mümkünlüyü, eləcə də yeni təhdid və çağırışlara qarşı əməkdaşlıq, ekspert nəzarəti və s. məsələlər də daxil olmaqla MDB dövlətlərinin əlaqələri məsələlərinə baxılıb.
2014-cü il üçün planda BMT-də və ATƏT-də, eləcə də Avropa İttifaqı ilə əməkdaşlıq problemləri, Əfqanıstan problemi də daxil olmaqla yeni təhdid və çağırışlara müqavimət göstərilməsi, ekspert nəzarəti, informasiya sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə məsləhətləşmələrin aparılması, eləcə də XİN-lərin Konsul Xidmətləri Rəhbərlərinin Məsləhət Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.
Humanitar sahədə bir sıra sənəd layihələri bəyənilib. Daha sonra həmin layihələr baxılmaq üçün MDB-nin ali orqanlarına təqdim ediləcək. Sənədlər 2016-cı ilin MDB-də “Təhsil İli” elan edilməsinə, idmanın milli növlərinin dəstəklənməsinə və inkişafına, təhsil müəssisələrinə müxtəlif istiqamətlər üzrə baza təşkilatı statusunun verilməsinə aiddir.
Təhlükəsizliyin təmin olunması sahəsində MDB-nin üzvü olan dövlətin başçılarının narkotiklər üzərində beynəlxalq nəzarət sisteminin saxlanması və möhkəmləndirilməsi haqqında bəyanatları barəsində Qərar layihəsi, eləcə də MDB ölkələri silahlı qüvvələrinin topogeodeziya və naviqasiya təminatı sahəsində qarşılıqlı fəaliyyəti müəyyənləşdirən sənədlər, humanitar minalardan təmizləmə, həddi-büluğa çatmayanların daimi yaşadıqları dövlətlərə qaytarılması, cinayət işi üzrə maddi sübut olan narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının, odlu silahların, partlayıcı maddələrin və partlayıcı qurğuların gətirilməsi ilə bağlı sənədlər müzakirə edilib və bəyənilib.
Təhlükəsizlik sahəsinə həmçinin MDB-nin Xarici İşlər Nazirləri Şurasında bəyənilmiş, təbii və texniki xarakterli fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması və belə vəziyyətlərdə zərər çəkmiş dövlətlərə kömək göstərilməsi məsələləri ilə bağlı sənədlər də aiddir. Bundan əlavə, MDB-yə üzv dövlətlərin xarici sərhədlərinin Tacikistan-Əfqanıstan sahəsində sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Tacikistan Respublikasına kömək göstərilməsi barəsində qərar layihəsi bəyənilib. Xarici siyasət idarələrinin rəhbərləri Birliyin fəaliyyətinin hüquqi təminatı ilə bağlı bir sıra məsələlərə də baxıblar.
MDB-nin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2014-cü ilin oktyabrında Minskdə keçirilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

