Macarıstanda Böyük Türk Qurultayı başa çatıb
15.08.2014 [10:22]
Macarıstanın Buqats bölgəsindəki Kişqunşaq Milli Parkında Macar-Turan Fondunun təşkilatçılığı ilə türk-hun dünyasının birliyini təcəssüm etdirən Böyük Qurultay başa çatıb.
Sayca beşinci olan qurultayın əsas məqsədi türk-hun dünyası təmsilçilərinin bir araya toplanması və onların milli mədəniyyət nümunələrinin nümayişi olub. Qurultay iştirakçı dövlətlərin sayının çoxluğu və miqyası baxımından fərqli olub. Ölkəmizdən tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Cavanşir Feyziyev, Fərəc Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, jurnalistlər, elm və mədəniyyət xadimləri, həmçinin Qədim Musiqi Alətləri Ansamblının təmsil olunduğu nümayəndə heyəti iştirak edib.
Qurultayın açılışı mərasimində qədim dövr geyimlərində əsgərlərin iştirakı ilə döyüş səhnələri canlandırılıb, müxtəlif yarışlar keçirilib. Macarıstan parlamentinin vitse-spikeri Şandor Lejak bu tədbirin xalqlar arasında dostluğa böyük bir töhfə olacağına əminliyini ifadə edib. Daha sonra Macar-Turan Fondunun sədri Andraş Biro və Macarıstanın əsas siyasi partiyalarından olan Daha Yaxşı Macarıstan Uğrunda-Yobbik partiyasının sədri Qabor Vona türk-macar münasibətləri, macarların qədim soy-kökləri haqqında danışıblar və qurultayın Macarıstanla türk dövlətləri arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından geniş imkan yaradacağını qeyd ediblər.
Qurultayda türk xalqlarının əbədi qardaşlığı ilə bağlı andiçmə mərasimi keçirilib, andın mətni əski türk əlifbasında lövhəyə həkk olunub. Tədbir mədəni proqramla davam etdirilib. İlk olaraq səhnəyə Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı çıxıb. Ansamblın ifasında Azərbaycan xalq mahnıları çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub. Öz adət-ənənələrini nümayiş etdirən iştirakçıların ifa etdikləri musiqilər, rəqs qruplarının çıxışları tədbirə xüsusi rəng qatıb.
Qurultayın son günü əsasən qədim türk dünyası mərasimləri nümayiş etdirilib. Həmin gün də Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı tamaşaçılar qarşısında maraqlı proqramla çıxış edib.
Tədbir çərçivəsində müxtəlif sərgilər, müsabiqələr keçirilib, yarmarka təşkil edilib. Ümumilikdə, tədbirdə 200 mindən artıq tamaşaçı olub.
Xəbər lenti
Hamısına baxDünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30

