ABŞ və Fransa növbəti dəfə ikili standartlardan çıxış edirlər
23.08.2014 [10:00]
Və yaxud nəyə görə erməni diversant Karen Petrosyanın əsir saxlandığı yerdə ölməsinə görə “narahatlıq” ifadə edən bu ölkələr Kəlbəcərdə - öz dədə-baba torpaqlarında işğalçı erməni hərbi birləşmələri tərəfindən əsir tutulan azərbaycanlılar barədə susurlar?
Müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin müstəqil siyasət həyata keçirən milli dövlətlərə qarşı ikili standartlardan yanaşmaları yeni hal deyil. Elə “Amnesty İnternational”, “Freedom House”, “Human Rights Watch” kimi “beynəlxalq” təşkilatların, həmçinin, ABŞ, Fransa kimi dövlətlərin 20 ildən artıqdır ki, həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə sərgilədikləri mövqe (əslində, mövqesizlik-red.) də belə ikili standartlara bariz nümunədir.
Çünki məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü pozulub, ölkənin 20 faiz torpaqları zəbt olunub, 1 milyondan artıq vətəndaşı doğma ev-eşiyini itirərək qaçqın vəziyyətinə düşüb. Bununla belə, beynəlxalq təşkilatlar və iri dövlətlər təcavüzkarın cilovlanması ilə bağlı hər hansı tədbir görülməsinə tələsmirlər. Münaqişənin həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun “fəaliyyəti” isə işğalçı Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoymaq cəhdlərindən uzağa getmir. Eyni zamanda BMT Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz boşaldılmasına dair çıxardığı 4 qətnamənin illərdir ki, Ermənistan tərəfindən yerinə yetirilməməsinə seyirçi münasibət bəsləyir. Beləliklə də, cəzasız qalan işğalçı Ermənistan özünün təcavüzkar siyasətindən əl çəkmir və regionda sülhə, əmin-amanlığa ən böyük təhlükə olaraq qalmaqda davam edir.
Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin ardınca Fransanın da bir qədər bundan əvvəl Tovuzda əsir düşən erməni kəşfiyyat-diversiya qrupunun üzvü Karen Petrosyanın ölümü ilə bağlı bəyanat yayması sözügedən dövlətlərin Azərbaycana və Ermənistana ikili standartlar prizmasından yanaşdıqlarına daha bir nümunədir. Ermənistan mətbuatının yaydığı xəbərdə bildirilir ki, Fransa Xarici İşlər Nazirliyi Karen Petrosyanın Azərbaycanda əsirlikdə saxlanılarkən ölməsindən narahatlığını ifadə edib. Fransa XİN-in mətbuat katibi Romen Nadal Azərbaycandan erməni əsirin cəsədinin Ermənistana qaytarılmasını tələb edib: “Biz Azərbaycanı dərhal meyiti qaytarmağa və onun ölüm səbəbini aydınlaşdırmağa çağırırıq”.
Xatırladaq ki, haqqında bəhs olunan erməni diversant - Ermənistanın Berd rayonunun Çinari kənd sakini Karen Petrosyan cari il avqust ayının 7-də qoşunların təmas xəttini keçməyə cəhd göstərərkən əsir götürülüb. O, avqust ayının 8-də əsir saxlanıldığı yerdə ürək çatışmazlığından ölüb.
Əlbəttə, ABŞ və Fransa erməni əsir Karen Petrosyanın ölümündən narahatlıq keçirmələrini “humanizm dəyərləri” ilə əsaslandıra bilərlər. Ancaq axı bu necə humanizmdir ki, bir halda öz torpağına gedərkən əsir götürülən insanlara işgəncələr verilməsinə göz yumulur, digər halda isə işğalçı tərəfdən göndərilən diversantla bağlı hədsiz canıyananlıq nümunəsi ortaya qoyulur? Məlumat üçün bildirək ki, erməni Karen Petrosyandan daha əvvəl azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə işğalçı erməni hərbi birləşmələri tərəfindən əsir götürülüblər. Həm də sonuncular başqa bir ölkənin - Ermənistanın sərhədini keçməyə cəhd etməyiblər. Onların “günahı” odur ki, öz dədə-baba torpaqlarında uyuyan yaxınlarının qəbirlərini ziyarət etmək istəyiblər. Məgər insanın varlığı, yaddaşı ilə bağlı olduğu yurd yerlərinə getmək istəyinin qarşısını hər hansı bir qadağa ilə almaq mümkündürmü? Ümumiyyətlə, azərbaycanlıların öz dədə-baba torpaqlarını ziyarət etmək istəmələrində nə qəbahət var?
Amma nədənsə, ABŞ-ı və Fransanı Kəlbəcərdə erməni silahlı birləşmələri tərəfindən girov götürülən azərbaycanlıların - Dilqəm Əsgərovun və Şahbaz Quliyevin taleyi əsla maraqlandırmır. Bundan başqa, haqqında bəhs olunan ölkələr nəyə görəsə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə gedən və orada erməni hərbçiləri tərəfindən öldürülən Cəbrayıl sakini Həsən Həsənovun meyidinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistan hakimiyyətini tənqid edən belə bəyanatlar verməyə tələsmirlər.
Sonda onu deyək ki, oxşar situasiyalara fərqli münasibət sərgiləmələri nə ABŞ-a, nə də Fransaya başucalığı gətirmir. Bu, bir daha təsdiqləyir ki, Fransa və ABŞ siyasəti obyektiv prinsiplərə, ədalət meyarına əsaslanmır, əksinə, ikili standartların girovuna çevrilib...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

