Siyavuş Novruzov: Bu hədd olmalıdır və göstərilməlidir
17.09.2014 [09:25]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov siyasi partiyalara ildə maksimum 10 min manat ianə ayrılması haqda yayılan xəbərlərə aydınlıq gətirib.
S.Novruzov “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən siyasi partiyalara ildə maksimum 10 min manat ianə ayrıla biləcəyi haqda yayılan xəbərlərin yanlış anlaşıldığını deyib.
Siyavuş Novruzov virtualaz.org saytına açıqlamasında qanunda ediləcək dəyişikliyi belə izah edib: “Dünya praktikasında da belə hal mövcuddur ki, siyasi partiyalar bir neçə formada özünün maliyyə mənbələrini formalaşdırırlar. Bunlar üzvlük haqqından, ianələrdən və dövlət büdcəsindən alınan vəsaitlər hesabınadır. Bəzi ölkələrdə seçkilər ərəfəsində bu vəsaitlər 3 dəfə artırılır. Məsələn, Türkiyədə və Almaniyada da bu belədir. Bəzi ölkələrdə isə büdcə artımı zamanı partiyalara ayrılan vəsaitlər də artırılır.
Siyasi partiyalara ayrılan ianələrə gəlincə, görünür, bunu kimsə düzgün izah etməyib. İanənin maksimum və minimum həddini müəyyənləşdirmək olar. Bir siyasi partiya il ərzində 10 min manat ianə alarsa, bu vəsait onun heç bir fəaliyyət istiqamətinə fayda verə bilməz. Siyasi partiyaların maliyyələşməsinin əsasları haqqında qanunda göstərilir ki, siyasi partiyalar üzvlük, ianə və dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşə bilər. İanənin maksimum həddi 10 min manat göstərilə bilər. Məsələn, bu gün hər hansı bir partiyaya bir neçə şəxs gəlib 5 min, 10 min manat ianə vermək istəyirsə, bunu heç bir qanunla qadağan etmək olmaz. Bu, mümkün olan bir məsələ deyil. Çünki bu, QHT, ictimai təşkilat yox, siyasi partiyadır. Siyasi partiyaların rayon təşkilatları var, onların maliyyələşməsi partiyanın büdcəsi hesabınadır.
Bir daha qeyd edirəm ki, bu dəyişikliklə bağlı izah düzgün verilməyib. Məsələn, ABŞ və Polşada bir vətəndaşın siyasi partiyaya ianə verə biləcəyi məbləğ bizim valyuta ilə maksimum 3 min manatdır. Digər hüquqi şəxslərin, partiyaların, təşkilatların da siyasi partiyaya ayıracağı məbləğ qanunla müəyyənləşdirilir. Bu hədd olmalıdır və göstərilməlidir”.
S.Novruzovun sözlərinə görə, siyasi partiyanın ildə maksimum 10 min manat ianə ala bilməsi mümkün deyil: “Bəlkə xalqın yarısı hansısa bir siyasi partiyaya ianə vermək istəyir? Bunun qarşısını necə almaq olar? Bunun yalnız maksimum və minimum məbləği göstərilə bilər. Ancaq bu ianəni xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi təşkilatlar edə bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

