/ / Binəqədi rayonunda “Heydər Əliyev milli təhsil sisteminin qurucusudur” mövzusunda elmi-praktiki konfrans keçirilib
Binəqədi rayonunda “Heydər Əliyev milli təhsil sisteminin qurucusudur” mövzusunda elmi-praktiki konfrans keçirilib
11.10.2014 [10:51]
Oktyabrın 9-da Binəqədi rayonunda “Heydər Əliyev milli təhsil sisteminin qurucusudur” mövzusunda elmi-praktiki konfrans keçirilib. Binəqədi rayon İcra Hakimiyyətinin rayonun təhsil işçiləri ilə birgə keçirdiyi konfransda rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, dosent Oktay Səmədov, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı Sərraf Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, “Xəzər” Universitetinin təsisçisi və rektoru, professor Hamlet İsaxanlı, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, Neft-Kimya prosesləri institutunun direktoru, akademik Vaqif Abbasov, “Xəzər” Universitetinin magistratura və doktorantura şöbəsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyev, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun tədris müəssisələrinin rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbir Hamlet İsaxanlının “Dünya təcrübəsi və milli təhsil sistemi”, Əhməd Vəliyevin “Azərbaycanda uğurlu təhsil siyasətinin həyata keçirilməsində Heydər Əliyev Fondunun rolu”, Eldar Şahgəldiyevin “Azərbaycanda doktorantura təhsilinin istiqamətləri və perspektivləri”, Asəf Zamanovun “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Bakı Dövlət Universitetinin magistrı Sitarə Cabbarlının “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış etmələri ilə davam edib.
Məruzələrin ardınca Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, dosent Oktay Səmədov, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı Sərraf Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxış ediblər.
Çıxışlara Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vurub. RİH başçısı Ulu öndər Heydər Əliyevin “Mən müəllimdən yüksək ad tanımıram” kəlamını xatırladaraq bu adın cəmiyyətdə daim uca tutulduğunu diqqətə çatdırıb. Ümummilli liderin elmə, təhsilə göstərdiyi qayğıdan bəhs edən X.İsgəndərov bu dahi şəxsiyyət tərəfindən əsası qoyulan təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla icra edildiyini vurğulayıb. Natiq son bir ildə Prezident İlham Əliyevin iki dəfə Binəqədi rayonunda yeni tikilmiş məktəb binalarının açılışında iştirak etməsini təhsilə göstərilən dövlət qayğısının əyani sübutu kimi səciyyələndirib.
RİH başçısı, həmçinin, çıxışında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətini qeyd edərək onun təhsilimizin himayədarı olduğunu vurğulayıb.
“Heydər Əliyev milli təhsil sisteminin qurucusudur” mövzusunda keçirilən elmi-praktiki konfransın rəsmi hissəsi Binəqədi rayonundan olan “Tərəqqi” medalına, “Əməkdar müəllim” adına layiq görülmüş müəllimlərə, rayonun ictimai-mədəni həyatında fəallıqları ilə seçilən məktəbəqədər təhsil müəssisələrində çalışan 3 nəfərə və 26 nömrəli uşaq və gənclərin yaradıcılıq mərkəzinin direktoruna hədiyyələr təqdim olunması mərasimi ilə yekunlaşıb.
Tədbir respublikamızın tanınmış incəsənət ustalarının ifasında səslənən bir-birindən gözəl nəğmələrin sədaları altında nahar ziyafəti ilə sona çatıb.
Xəbər lenti
Hamısına baxDünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30

