Bələdiyyələr yerli demokratiyanın inkişafında mühüm rol oynayır
04.11.2014 [09:58]
Təmraz Tağıyev: Seçkilərlə əlaqədar təşkilatımız bütün gücünü səfərbər edib
Bələdiyyələr yerli demokratiyanın inkişafında böyük rol oynayır. Bu baxımdan, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər də daim diqqət mərkəzindədir. Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyevlə söhbətimiz bu haqdadır.
- Təmraz müəllim, Azərbaycanda bələdiyyələrin yaradılmasından 15 il ötür. Bu dövr ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətini necə qiymətləndirmək olar?
- Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanda yerli özünüidarəetmə institutunun yaradılmasından 15 il ötür. Bu illər ərzində ölkəmizdə bələdiyyələr müəyyən inkişaf yolu keçib, eyni zamanda, onların fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri addımlar atılıb. Ümumiyyətlə, bələdiyyələr demokratik bir təsisatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun-bələdiyyələrin fəaliyyəti vacibdir. Eyni zamanda, ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Bu, ilk növbədə, bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qanunvericiliyin mövcudluğuna əsaslanır. Məsələn, bu gün Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün 20-dən artıq qanun qəbul olunub. Son dövrlərdə isə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır ki, ölkəmizdə bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq bələdiyyələrin formalaşdırılması və fəaliyyətində Avropa standartlarından, təcrübəsindən istifadə olunur. Bildiyiniz kimi, vaxtaşırı olaraq ölkə qanunvericiliyinə edilən əlavə və dəyişikliklər də bu təkmilləşdirmənin əsas amillərindən sayıla bilər.
- İndiyə qədər ölkəmizdə bir neçə bələdiyyə seçkisi keçirilib. Sizcə, son seçkilərdən keçən müddət ərzində onların fəaliyyətində daha hansı yeniliklər özünü göstərir?
- Bildiyiniz kimi, ölkəmizdə bələdiyyə seçkiləri 1999-cu, 2004-cü və 2009-cu illərdə keçirilib. Son, 2009-cu ilin bələdiyyə seçkiləri isə xüsusilə yaddaqalan oldu. İlk növbədə, deyə bilərəm ki, həmin seçkilərə gedərkən Azərbaycanda bu institutun artıq 10 yaşı var idi və müəyyən təcrübə əldə olunmuşdu. Eyni zamanda, bu dəfə kadrların seçilməsi, gənclərə və qadınlara üstünlük verilməsi son seçkilərin daha çox maraq kəsb etməsinə səbəb oldu. Bu gün Azərbaycan bələdiyyələrində qadınların və gənclərin təmsilçiliyi xeyli yüksəkdir. Son seçkilərdə mütəxəssislərin say faizi, ali savadlı insanların bələdiyyələrdə təmsilçiliyi də artdı.
- Məlum olduğu kimi, dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası (YAP) bu seçkilərə ciddi şəkildə hazırlaşır. Bu seçkilərin əhəmiyyəti nədən ibarətdir?
- Yerli özünüidarəetmə təsisatının yerli demokratiyanın inkişafında da mühüm rol oynadığını nəzərə alsaq, qarşıdan gələn seçkilər böyük əhəmiyyət kəsb edir. Çünki ilk növbədə, bələdiyyələrin səmərəli fəaliyyəti idarəetmənin daha da təkmilləşdirilməsi baxımından önəmlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Belə olan halda, bələdiyyə institutları mövcud imkanlardan faydalanmaqla səmərəli idarəetmə mexanizmi formalaşdırmaq imkanına malikdir.
Eyni zamanda, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə demokratik seçki sistemi formalaşıb. Azərbaycanda mükəmməl seçki qanunvericiliyi var və bu hüquqi baza beynəlxalq standartlara tam uyğundur. Məhz bunun nəticəsidir ki, ildən-ilə seçki təcrübəsi təkmilləşdirilir və ölkəmizdə demokratik, şəffaf seçkilər keçirilir.
Ümumiyyətlə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. Qarşıdan gələn seçkilərdə də qələbəni təmin etmək üçün partiyamız tərəfindən zəruri addımlar atılır. Bilirsiniz ki, YAP İdarə Heyətinin seçkilərlə bağlı müvafiq qərarı var və bu qərara uyğun olaraq tədbirlər planı hazırlanıb. Eyni zamanda, YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində də partiya rəhbərliyi tərəfindən müvafiq tövsiyə və tapşırıqlar verilib. YAP seçkilərin keçirilməsində böyük və zəngin təcrübəyə malikdir. Bu mənada dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində də qazanılan təcrübədən səmərəli istifadə olunacaq.
- Təmraz müəllim, YAP Nərimanov rayon təşkilatı bu seçkilərə necə hazırlaşır?
- YAP Nərimanov rayon təşkilatı seçkilərlə bağlı öz işini partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqları əsasında qurur. Artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər. YAP-ın Nərimanov rayon təşkilatının Seçki Qərargahı da bələdiyyə seçkilərinə fəal şəkildə hazırlaşır. Biz bütün gücümüzü səfərbər etmişik. Hazırda YAP Nərimanov rayon təşkilatının 133 ilk ərazi partiya təşkilatında 20 min 84 nəfər birləşib ki, onların da 8 min 582 nəfəri qadın, 7 min 165-i isə gənclərdir. Seçki Qərargahı 12 nəfərdən ibarətdir və onlar mütəmadi olaraq toplaşırlar. Bu toplantılarda hər bir qərargah üzvü gördüyü işlərlə bağlı məlumatlar verir. Bir sözlə, Seçki Qərargahımız ciddi, operativ şəkildə fəaliyyət göstərir. Qeyd edim ki, Nərimanov rayonu üzrə 3 seçki dairəsi mövcuddur. 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə 16 məntəqədə 20 min 580 seçici, 19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə 35 məntəqədə 45 min 342 seçici, 20 saylı Nərimanov ikinci Seçki Dairəsində isə 33 məntəqədə 44 min 210 seçici qeydiyyatdadır. Artıq Nərimanov bələdiyyəsinə YAP-ın namizədləri də müəyyənləşib. Xüsusilə qeyd edim ki, namizədlər arasında gənclərə və qadınlara üstünlük verilib. Belə ki, irəli sürülən 19 namizəddən 11 nəfəri gənc, 6-sı isə qadındır. Artıq namizədlərin sənədləri hazırlanaraq müvafiq seçki komissiyasına təqdim olunub və komissiyalardan imza vərəqələri götürülüb. Noyabrın 4-dən namizədlərin imzatoplama kampaniyası başlayacaq. Seçki Qərargahı tərəfindən bu məqsədlə 20 nəfər müəyyənləşib. Həmin 20 nəfər isə rayon ərazisini yaxşı tanıyan, seçki təcrübəsi olan insanlardır. Bir sözlə, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının Seçki Qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar çevik, operativ, ciddi işlər gedir. İnanırıq ki, görülən işlər nəticəsində partiyamızın qələbəsi təmin olunacaq.
Nəzərinizə onu da çatdırım ki, ötən 5 il ərzində Nərimanov bələdiyyəsi əhalinin sosial məsələlərinin həllində yaxından iştirak edib. Bələdiyyə əhali ilə sıx işləyib və bu da növbəti seçki üçün əhəmiyyətlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

