Ermənistan beynəlxalq səviyyədə yalana əsaslanan siyasət yürüdür
08.11.2014 [09:59]
Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, özünü qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyan bu yaxınlarda Kanadaya səfər edib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bununla əlaqədar AzərTAc-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
Özünü qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanın Kanadaya səfəri ilə bağlı nə kimi tədbirlər görülüb və bu məsələyə Kanada hökumətinin reaksiyası necə olub?
- Özünü Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyan adlı şəxsin bu ilin oktyabrında Kanadaya səfəri ilə əlaqədar Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən ölkəmizin narazılığı və narahatlığı Kanada tərəfinə çatdırılıb.
Azərbaycan Respublikasının narazılığına cavab olaraq, Kanada tərəfi bir daha vurğulayıb ki, rəsmi Ottava Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən işğal altında olan Dağlıq Qarabağ və ətraf yeddi rayon üzərində Azərbaycanın suverenliyini tanıyır. Bundan əlavə, Kanadanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk prosesi çərçivəsində sülh yolu ilə həllini dəstəkləməkdə davam etdiyi bildirilib.
Kanada tərəfindən Azərbaycanın narahatlığının nəzərə alındığı qeyd olunaraq, “Dağlıq Qarabağ”ın nümayəndəsi kimi özünü bəyan edən bu şəxsin səfərinə Kanada hökumətinin nə razılıq verdiyi, nə bu səfəri təşkil etdiyi, nə də yardım etdiyi diqqətə çatdırılıb və belə bəhanə ilə Kanadaya səfər edən hər hansı şəxsin Kanadada rəsmi statusa malik olmadığı vurğulanıb.
Kanada tərəfindən məlumat verilib ki, bu ölkəyə səfəri zamanı həmin şəxsin Kanada hökumət nümayəndələri və ya rəsmiləri ilə təmasda olmamasını təmin etmək üçün lazımi tədbirlər görülüb.
Məsələ ilə əlaqədar Kanadanın Vətəndaşlıq və İmmiqrasiya Nazirliyi ilə təmaslar zamanı Karen Mirzoyan adlı şəxsin Ermənistan Respublikasının pasportuna sahib olduğu və Ermənistan Respublikasının vətəndaşı kimi Kanadaya səfər etdiyi müəyyən olunub. Ona görə də Kanadaya gəlmək üçün Ermənistan vətəndaşı kimi müraciət edən bu şəxsə viza verilməsindən imtina üçün hüquqi əsas olmayıb.
Belə faktların ortaya çıxması Ermənistanın yalançı təbliğatının çox qabarıq ifşasıdır. Bu, bir daha ona dəlalət edir ki, Ermənistan Respublikası tərəfindən beynəlxalq səviyyədə yalana əsaslanan siyasət yürüdülür və müxtəlif şəxslərə öz pasportunu paylayaraq, digər dövlətlərə bu kimi şəxslər və onların kimliyi və əsl vətəndaşlıq mənsubiyyəti haqqında yanlış məlumat verilir. Bu kimi əməlləri ilə Ermənistan Azərbaycan ərazisinin bir hissəsinin ilhaq edilməsi siyasətini yürütdüyünü bir daha sübut edir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

