Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmir
14.11.2014 [09:45]
İşğalçı ölkə danışıqlar prosesini pozmağa yönəlmiş təxribat xarakterli addımlarla beynəlxalq hüquq normalarını heçə sayır
Son dönəmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təmaslar və danışıqlar prosesi intensiv xarakter alıb. ATƏT-in Minsk qrupunun bilavasitə dəstəyi ilə Azərbaycan və Ermənistan prezidentləri, həmçinin, xarici işlər nazirləri münaqişənin həlli yönündə mövcud problemləri müzakirə edib, qoşunların təmas xəttində sabitliyin qorunması, atəşkəs rejiminin təmin edilməsi, snayperlərin geri çəkilməsi, müxtəlif təxribatlara yol verilməməsi və digər bu kimi məsələlərə dair müəyyən razılığa gəliblər.
Buna baxmayaraq, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirərək təxribat xarakterli növbəti hərəkətlərə yol verib.
Ermənistanın təxribatları danışıqlar prosesini pozmağa hesablanıb
Belə ki, Serj Sarkisyan hakimiyyəti Fransanın Paris şəhərində tərəflər arasında keçirilmiş və müəyyən pozitiv məqamlarla yadda qalmış görüşün mahiyyətinə zidd addımlar atmağa başlayıb. Daha da dəqiqləşdirsək, Ermənistan Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, Avropadan qayıdan kimi çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərdə, o cümlədən qoşunların təmas xəttində hərbi təlimlərə başlayıb. Noyabrın 12-də isə cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan respublikasının hərbi hava qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterlər müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edərək atəşə tutub və uzaqlaşmağa çalışıb. Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk edib.
Beləliklə, Ermənistan danışıqlar prosesini pozmağa yönəlik təxribat xarakterli addımlarla beynəlxalq hüquq normalarını heçə sayıb. Çünki Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib, müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb.
Bir sözlə, görünən odur ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmir.
Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır
Digər məsələ ondan ibarətdir ki, Ermənistan və erməni lobbisi həm də informasiya təxribatına keçərək baş vermiş hadisənin məsuliyyətini Azərbaycanın üzərinə yıxmağa çalışır. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun rəsmiləri, o cümlədən həmsədr dövlətlər açıqlamaları ilə qeyri-obyektiv və ədalətsiz mövqe nümayiş etdirirlər. Məsələn, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik baş vermiş hadisəyə münasibətində bildirib ki, Dağlıq Qarabağda münaqişənin genişlənməsi heç kimin marağında deyil: “Tərəflər gələcək eskalasiyadan qaçmalı və müharibə seçimindən imtina etməlidirlər”.
ATƏT-in Minsk qrupunun insidentlə bağlı bəyanatında isə həmsədrlərin təmas xəttində helikopterin vurulmasından və gərginliyin yenidən alovlanmasından ciddi narahatlıq keçirdikləri ifadə edilib. Həmsədrlər, həmçinin, helikopterdəki 3 erməni pilotun həlak olmasından təəssüf hissi keçirdiklərini qeyd ediblər.
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki də hadisəyə subyektiv və qeyri-dəqiq münasibət bildirib. O, Vaşinqtonda jurnalistlər qarşısında çıxış edərək baş verən insidentdən narahatlığını ifadə edib və bildirib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. Sözçü qeyd edib ki, insident bir daha regionda atəşkəs rejiminə nəzarət etməyi və gərginliyin azaldılmasının labüdlüyünü xatırladıb.
Göründüyü kimi, bütün bu bəyanatlarda əsas məsələlərdən - Ermənistanın işğalçı siyasəti və qeyri-konstruktiv mövqeyindən, işğal faktından yan keçilib, hadisənin gerçək səbəbləri, bu vəziyyəti yaradan əsaslar diqqətə alınmayıb. Onlar nəzərə almalıdırlar ki, hazırkı gərginlik Ermənistanın işğalçı siyasətinin, danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir və mövcud vəziyyətə görə məhz Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır.
ATƏT-in Minsk qrupu ədalətli və qətiyyətli mövqe sərgiləməlidir
Görünən odur ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan qeyri-konstruktiv mövqeyini sürdürməklə beynəlxalq hüquq normalarını heçə sayır. İşğalçı ölkə, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur.
Qeyd etdiyimiz kimi, işğalçı ölkənin bu cür davranışında beynəlxalq ictimaiyyətin - BMT, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu kimi təşkilatların bu məsələyə laqeyd yanaşması, ikili standartlara istinad etməsi faktı da xüsusi rol oynayır. Bunun nəticəsidir ki, beynəlxalq ictimaiyyətin laqeyd münasibəti Ermənistanı neqativ kontekstdə ruhlandırır. Yəni, işğalçı ölkə ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə sayır. Məhz bütün bunlara görə ilk növbədə, ATƏT-in Minsk qrupu Ermənistana qarşı müvafiq təzyiq mexanizmi formalaşdırmalı, imperativ xarakterli - qəti addımlar atmalıdır. Başqa sözlə, Minsk qrupu özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalıdır. Bu, danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər.
Ermənistanın qeyri-konstruktiv mövqeyi və təxribatçı hərəkətləri regional təhlükəsizliyə təhdid kimi
Dünya ictimaiyyəti, o cümlədən Minsk qrupu onu da nəzərə almalıdır ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, təxribatçı əməlləri, eləcə də status-kvonun qorunub saxlanılması cəhdləri geostrateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, çirkli pulların mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu da gələcək üçün olduqca ciddi fəsadlar vəd edir. Qeyd etmək lazımdır ki, mövcud vəziyyət regional təhlükəsizliyə təhdid yaratmaqla bərabər, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl olur. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilmədikcə regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür.
Dolayısıyla, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz.
Əlbəttə, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Öz növbəsində, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyinə dair tam əminlik yaradır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

