Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Azərbaycanla bağlı məsələlərdə dəfələrlə ATƏT-in qeyri-obyektivliyinin şahidi olmuşuq

Siyavuş Novruzov: Azərbaycanla bağlı məsələlərdə dəfələrlə ATƏT-in qeyri-obyektivliyinin şahidi olmuşuq

21.11.2014 [09:56]

“Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ATƏT ilə səmimi əməkdaşlığa çalışıb. Lakin biz dəfələrlə, istər seçkilər dövründə, istərsə də digər vaxtlarda Azərbaycanla bağlı məsələlərdə ATƏT-in qeyri-obyektivliyinin, bu qurumun ölkəmizin daxili işlərinə qarışmasının şahidi olmuşuq”.
Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Novruzov bildirib ki, bu qanun layihəsini təsdiqləyək, ancaq, eyni zamanda, ATƏT-dən mandatdan kənara çıxmamasını da xahiş edək. Təşkilat ABŞ-da, Avropanın hər hansı bir ölkəsində necə mandat çərçivəsində fəaliyyət göstərirsə Azərbaycanda da belə olsun. Azərbaycan öz idarəetmə mexanizmini müəyyənləşdirib, dövlət strukturlarını formalaşdırıb. Xalqın seçimi, dəyərləri daha üstündür. Ümid edirik ki, ATƏT gələcək fəaliyyətlərində qeyd etdiyimiz məsələləri nəzərə alacaq.
S.Novruzov ATƏT-in Minsk qrupunun həmsədrlərinin vurulmuş Ermənistan helikopterinin qalıqlarının düşdüyü yeri neytral ərazi hesab etməsini də qərəzli münasibət adlandırıb, məsələlərə yanaşma tərzlərində dəyişiklik olmasının vacibliyini vurğulayıb.

Paylaş:
Baxılıb: 846 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31