Devid Kramer nə üçün terrorçu Ermənistana qarşı sanksiya çağırışı etmir?
08.01.2015 [09:53]
Və ya Azərbaycan əleyhinə ikili standartlara söykənən qərəzli bəyanatlar verən bu şəxs insan hüquqlarını əsas tutduğunu iddia edirsə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, 250 mindən çox soydaşımızın öz tarixi torpaqlarından qovulmasını, minlərlə insanın xüsusi qəddarlıq və vəhşiliklərə məruz qalmasını niyə diqqətə çatdırmır?
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir.
Bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin, inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir.
Digər tərəfdən, çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Bütün bunlar, eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafına fundamental strateji töhfələr verir.
Bununla yanaşı, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.
Lakin Azərbaycanın dinamik inkişafından, müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi dairələr “demokratiya”, “insan hüquqları” kimi institusional məfhumlardan istifadə edərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bu istiqamətdə ayrı-ayrı ölkələrdə demokratik inkişaf səviyyəsini, insan hüquqlarının vəziyyətini araşdırdığı iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən təşkilatların, o cümlədən, ayrı-ayrı şəxslərin xidmətlərindən istifadə edilir. Bunlardan biri də “Freedom House” təşkilatının sabiq prezidenti, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi tanınan, hazırda Vaşinqtondakı Makkeyn İnstitutunun baş direktoru Devid Kramerdir. Bu günlərdə ABŞ mətbuatındakı məqaləsində o, növbəti dəfə Azərbaycanı hədəf alıb. D.Kramer Azərbaycanda müəyyən şəxslərin qanun pozuntusuna görə məsuliyyətə cəlb olunmasını siyasiləşdirərək bunu demokratiya və insan haqları problemi kimi təqdim etməyə cəhd göstərir. Beləliklə, o, ölkəmizdə hüququn aliliyi prinsipini heçə sayaraq qanun pozuntularına yol vermiş şəxsləri müdafiə edib, bir növ, onların cinayətkar fəaliyyətinə haqq qazandırıb.
Bu şəxsin paradoksal məntiqini - ziddiyyətli təfəkkürünü göstərən növbəti bir nüansa diqqət yetirək. O, məqaləsində qeyd edir ki, ABŞ gücünü göstərməli və Azərbaycana qarşı sanksiyalar tətbiq etməlidir. Bildirir ki, Azərbaycanın bəzi rəsmi şəxslərinə viza verilməməli, həmçinin bu il Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunları boykot edilməlidir. Görünən odur ki, Devid Kramer aldığı direktivlərə əsasən hüquqi məsələləri siyasiləşdirərək “qara piar” kampaniyasını davam etdirir. Əlbəttə, bu şəxsin sanksiyalar məsələsini gündəmə gətirməsi siyasi manipulyasiyadan başqa bir şey deyil. Çünki mövcud qanunlara müvafiq olaraq - hüququn aliliyi prinsipi əsasında ictimai asayişi və milli təhlükəsizliyi təmin edən bir dövlətin sanksiyalara məruz qoyulması çağırışı cəfəngiyatdır. Əgər Kramer məsələlərə sağlam təfəkkürə əsaslanan ədalət hissi ilə yanaşırsa, bu sanksiya çağırışlarını terrorçu - kriminal Ermənistana qarşı səsləndirsin. Və ya Azərbaycan əleyhinə ikili standartlara söykənən qərəzli bəyanatlar verən bu şəxs insan hüquqlarını əsas tutduğunu iddia edirsə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, 250 mindən çox soydaşımızın öz tarixi torpaqlarından qovulmasını, minlərlə insanın xüsusi qəddarlıq və vəhşiliklərə məruz qalmasını niyə diqqətə çatdırmır? Yaxud Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olan, Azərbaycan xalqının başına gətirilmiş qanlı faciələrdən biri - Xocalı soyqırımı haqqında gerçəkliklər nəyə görə tənqid obyektinə çevrilmir?
Əlbəttə, “Freedom House” təşkilatının sabiq prezidenti olan bu şəxsin bu cür qərəzli münasibəti təəccüblü görünmür. Onun rəhbərliyi dönəmində də “Freedom House” təşkilatı qərəzli hesabat və bəyanatlar yayıb, eləcə də bu şəxsin özü dəfələrlə qeyri-obyektiv, müəyyən imperialist mərkəzlərin maraqlarına xidmət edən ziddiyyətli, subyektiv fikirlər səsləndirib. Amma bütün bunlara rəğmən, Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilmişdir. Dolayısıyla, bu cür manipulyasiyalar, neqativ cəhdlər heç bir nəticə verməyəcək. Həmçinin belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə təsir etmək mümkün deyil. Bu kimi addımlar nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57

