Holokost və Xocalı unudulmur
28.01.2015 [10:13]
Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Holokost və Xocalı müasirlərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici ölkə alimləri iştirak ediblər.
Əvvəlcə Holokost və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Dəyirmi masa”nın moderatoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov bildirib ki, tədbir bəşər tarixinin ən dəhşətli faciələrindən olan Holokost soyqırımının nəticələrindən bir daha ibrət götürülməsi məqsədilə keçirilir. Holokost dünyada beynəlxalq cinayət aktı kimi tanınıb. 2005-ci ildən bəri hər il yanvarın 27-si BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.
Tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev qeyd edib ki, ötən əsrin ən dəhşətli hadisələrindən olan Holokost və Xocalı soyqırımları əslində bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Holokost faciəsi zamanı etnik mənsubiyyətinə görə milyonlarla yəhudi qətlə yetirilib, xüsusi qəddarlıqla, işgəncələrlə öldürülüb. Xocalıda da yerli əhali məhz azərbaycanlı olduğuna görə amansız qətliama, işgəncələrə məruz qalıb. Bu hadisələrdən nəticə çıxarmaq lazımdır. Müasir Azərbaycanda Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət siyasətinin mühüm bir hissəsi ölkəmizdə yaşayan bütün xalqların bərabərliyi, həmrəyliyi, onlar üçün eyni imkanların yaradılması prinsipləri üzərində qurulub. Azərbaycan dövlətinin siyasəti milli məsələlərə, multikultural mühitin inkişafına xüsusi dəyər, diqqət verməsi ilə seçilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkədə multikulturalizmin inkişafına dövlət tərəfindən böyük diqqət göstərilməsinin parlaq nümunəsidir. Azərbaycanda yaşayan bir çox xalqların nümayəndələri ilə yanaşı, yəhudilər də ölkənin tamhüquqlu vətəndaşları kimi onun müdafiəsində, iqtisadiyyatının inkişafında yaxından iştirak edirlər.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Akko şəhərinin meri Şimon Lankri ölkəmizin böyük nailiyyətlər qazandığını, sürətlə inkişaf etdiyini vurğulayıb. Multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyini qeyd edən israilli qonaq bildirib ki, bu cür tolerantlıq bütün dünyada bərqərar olsa, onda Holokost faciəsi kimi dəhşətli hadisələr bir daha baş verməz. Bu faciə qurbanlarının xatirəsinin bir çox ölkələrdə, o cümlədən Azərbaycanda yad edilməsindən qürur duyduğunu vurğulayan Ş.Lankri deyib: “Düşünürəm ki, İsrail-Azərbaycan əlaqələri bütün dünyaya nümunə ola bilər”.
Milli Məclisin deputatı Yevda Abramov vurğulayıb ki, Holokost və Xocalı soyqırımları iki xalqın başına gətirilən dəhşətli müsibətlərdir. Lakin təəssüf ki, Holokostdan fərqli olaraq Xocalı faciəsini dünya ictimaiyyəti bu günədək tanımır. Qeyd olunub ki, Xocalı faciəsinin dünyada tanıdılması üçün Azərbaycanda yaşayan yəhudilər əllərindən gələni edirlər və bundan sonra da bu istiqamətdə fəaliyyətlərini davam etdirməyə hazırdırlar. Tədbirin təşkilatçılarına təşəkkürünü bildirən Milli Məclisin deputatı iki ölkənin nümayəndələrinin iştirakı ilə belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Azərbaycan dağ yəhudiləri icmasının mətbuat katibi Murad Salmanovun “Holokost azərbaycanlıların gözü ilə”, İsrailli tədqiqatçı Arye Qutun “Xocalı israillilərin gözü ilə”, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun əməkdaşı Moisey Bekkerin “Azərbaycanda yəhudi icması: tarix və çağdaş reallıqlar”, Bakı Slavyan Universitetinin dosenti Sadir Məmmədovun “Holokost soyqırımı və Xocalı faciəsi” mövzularında məruzələri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə çıxış edənlər bildiriblər ki, Holokost və Xocalı faciələrinin ən ibrətamiz dərslərindən biri kimi, müasir dünyada kütləvi nifrət aşılayan antisemitizm, irqçilik, ksenofobiya, islamofobiyanın qarşısının alınmasında multikulturalizm dəyərlərinin dövlət və vətəndaş cəmiyyəti qurumları tərəfindən təşviq edilməsi mühüm əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

