Rusiyadakı iqtisadi böhran Ermənistanı yenidən çalxaladı
04.02.2015 [09:58]
Sahibkarların etiraz aksiyası hökuməti az öncə qəbul etdiyi qanunun icrasını dayandırmağa məcbur etdi
Ukraynadakı məlum hadisələrdən sonra Avropa İttifaqının Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsi şimal qonşumuzun iqtisadiyyatına təsirsiz ötüşməyib. Hazırda rus rublunun dəyəri tarixində görünməmiş həddədək aşağı enib. Bu hal ticarət-iqtisadi əlaqələri Rusiya ilə bağlı ölkələrin iqtisadiyyatında da özünü göstərməkdədir. İqtisadiyyatı tamamilə Rusiyadan asılı olan işğalçı Ermənistanda isə vəziyyət daha da ağırdır. Bu ölkə, demək olar ki, qara günlərini yaşayır.
Vəziyyətin belə kritik həddə çatması Ermənistan hökumətini kiçik və orta sahibkarların (KOS) “cibinə girməyə” vadar edib. Belə ki, Ermənistan parlamenti 11 noyabr 2014-cü il tarixində “Dövriyyədən vergilər haqqında” qanun qəbul edib. Həmin qanuna əsasən cari ildən etibarən illik ticarət dövriyyəsi 58 milyon 350 min dramadək (təqribən 120 min ABŞ dolları) təşkil edən KOS-lar məcburi 1 faizli gəlir vergisinə cəlb olunmalı idilər. Bu isə sahibkarlar arasında ciddi narazılığa səbəb olub və ölkədə etiraz aksiyalarına rəvac verib. Vəziyyətin kritikləşdiyini görən Ermənistan hökuməti 31 yanvar tarixində keçirilən iclasında qanunun icrasını 1 iyul tarixinədək təxirə salıb.
Öz növbəsində, məsələyə münasibət bildirən Milli Əmtəə İstehsalçıları Birliyinin sədri Vazgen Səfəryan www.panorama.am saytına müsahibəsində Serj Sarkisyan rejimini ciddi tənqid edərək, hökuməti sahibkarlara dəstək olmağa çağırıb. “Ermənistanda təqribən 60-70 min nəfər ailəsini dolandırmaq üçün kiçik və orta sahibkarlıqla məşğul olur. Bunların ödədiyi vergilərin ümumi həcmi dövlət büdcəsində cəmi 2 faiz təşkil edir. KOS-un əlavə vergiyə cəlb edilməsi dövlət büdcəsinə elə də xeyir gətirməyəcək, əksinə, sahibkarların güzəranı daha da ağırlaşacaq”, - deyə Vazgen Səfəryan vurğulayıb.
Onun sözlərinə görə, əgər hökumət ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyirsə, gizli iqtisadiyyatının kökünü kəsməlidir: “Heç kimə sirr deyil ki, bu gün ölkənin gizli iqtisadiyyatı heç də KOS-un deyil, iri təsərrüfat subyektləri, o cümlədən, iqtisadi “imperatorlar”ın hesabına formalaşır. Gizli iqtisadiyyat ilə mübarizə aparmaq üçün ilk növbədə, səriştəli gömrük siyasəti həyata keçirmək lazımdır”.
V.Səfəryan əlavə edib ki, əgər Serj Sarkisyan rejimi ölkə iqtisadiyyatını dirçəltməkdə maraqlıdırsa, ilk növbədə, Ermənistanda sənayeləşmə siyasəti həyata keçirilməlidir.
Yeri gəlmişkən, “Dövriyyədən vergilər haqqında” qanun fevralın 2-də öz işinə başlayan Ermənistan parlamentinin yaz sessiyasında da qızğın müzakirələrə səbəb olub. Maliyyə nazirinin müavini Vaxtanq Mirumyan deputatlar qarşısında çıxış edərək, hökumətin qərarını açıqlayıb və bildirib ki, iyulun 1-dən sözügedən qanun yalnız ölkəyə məhsullar idxal edən sahibkarlara şamil olunacaq. O, eyni zamanda, dövlətin belə addım atmasının səbəbini gizli iqtisadiyyatla mübarizə kimi qələmə verməyə çalışıb. Bununla da maliyyə nazirinin müavini işğalçı ölkədə gizli iqtisadiyyatın mövcudluğunu, onun ölkə iqtisadiyyatında mühüm bir paya sahib olmasını dolayısı ilə təsdiqləyib.
Öz növbəsində, “Orinaç erkir” parlament fraksiyasının üzvü Mqer Şahgəldiyan deyib ki, qanunun icrasının müvəqqəti dayandırılması heç də vəziyyətdən çıxış yolu deyil. “Bu məsələdə hökumətin effektiv qərarlar qəbul edəcəyinə heç inanmağım gəlmir”, - deyə erməni deputat vurğulayıb.
“Dövriyyədən vergilər haqqında” qanunun icrasını müvəqqəti dayandırmaqla, görünür, hökumət vəziyyəti daha da kəskinləşdirmək istəmədi. Odur ki, belə bir güzəştə gedildi. Və əslində bununla da hökumət yayadək bir qədər vaxt qazanmış oldu. Yox əgər o vaxtadək məsələ öz həllini tapmasa, Ermənistanı etiraz aksiyaları dalğası bürüyəcəyi istisna edilmir”. Bu sözləri isə iqtisadçı ekspert Vilen Xaçatryan sayta müsahibəsində deyib. Onun sözlərinə görə, hökumət ölkədə vəziyyəti sabitləşdirmək üçün mütləq alternativ yollar axtarmalıdır. “Hökumət elə etməlidir ki, dövriyyədən gələn gəlirlər ticarətlə məşğul olan sahibkarların vəziyyətini ağırlaşdırmasın. Əks halda ölkədə etiraz aksiyaları qaçılmaz olacaq”, - deyə Vilen Xaçatryan vurğulayıb. Ukrayna ətrafında yaranmış problemlərdən sonra cari ildə Rusiyada iqtisadi vəziyyətin heç də ürəkaçan olmayacağını diqqətə çatdıran iqtisadçı ekspert hökumətin belə bir kəskin şəraitdə tədbirli tərpənməsinin hakimiyyət üçün də faydalı ola biləcəyini deyib.
Göründüyü kimi, Ermənistanda hakimiyyəti zəbt etmiş Serj Sarkisyan rejiminin yarıtmaz fəaliyyəti işğalçı ölkənin iqtisadiyyatını tamamilə Rusiyadan asılı bir vəziyyətə gətirib çıxarıb. Odur ki, Rusiyada baş verən istənilən cüzi bir hadisə dərhal Ermənistan iqtisadiyyatında özünü büruzə verir. Belə çıxır ki, ölkədə uzun illərdən bəri davam edən iqtisadi tənəzzüldən cana doymuş, ailəsini birtəhər dolandırmaq üçün kiçik ticarətlə məşğul olan sahibkarlar indi də korrupsioner Serj Sarkisyan rejiminin xalqdan mənimsədiyi milyonların əvəzini öz halal zəhmətləri ilə qazandığı pullarla onların əvəzinə büdcəyə ödəməlidirlər. Ötən həftə paytaxt Yerevanda baş tutan etiraz aksiyaları göstərdi ki, sahibkarlar bu dəfə hökumətə güzəştə getmək niyyətində deyillər. Maraqlıdır, görəsən, Serj Sarkisyan rejimi iyulun 1-dən sonra nə edəcək? Hər halda bunu zaman göstərəcək...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

