Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Rəsulzadə və digər AXC-çilərin abidə kompleksi yaradılacaq

Siyavuş Novruzov: Rəsulzadə və digər AXC-çilərin abidə kompleksi yaradılacaq

04.02.2015 [10:12]

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının abidə kompleksinin yaradılması ilə bağlı Prezidentin Sərəncamı var. Bu Sərəncamın icrası Nazirlər Kabinetinə həvalə olunub. Bununla bağlı müsabiqə də elan olunub. Lahiyələr təqdim olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan bir park və ya xiyabanın olacağı nəzərdə tutulub”.
Bu sözləri Modern.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O, bildirib ki, abidə kompleksinin yaradılması rəsmi dövlət sərəncamı ilə həyata keçirilən bir məsələdir: “Kimsə öz təşəbbüsü ilə nəyisə həyata keçirmək istəyirsə, bu, boş sözdür. Yeni yaradılacaq abidə kompleksinə Məhəmməd Əmin Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun və digər tarixi şəxslərin adları daxildir. Ola bilər ki, müxalifət nəyisə özününküləşdirməyə çalışsın. Lakin bu işdə hər bir Azərbaycan vətəndaşı maraqlıdır”.

Paylaş:
Baxılıb: 865 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31