Azərbaycan və Rusiya gömrük xidmətləri arasında üç sənəd imzalanıb
05.02.2015 [10:13]
Fevralın 4-də Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Dövlət Gömrük Komitəsində görüş keçirilib.
Dövlət Gömrük Komitəsində keçirilən görüşdə komitə sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iki qonşu ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb. Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən DGK sədri bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sahəsində qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir.
A.Əliyev vurğulayıb ki, ölkələrarası münasibətlərin qurulmasında, inkişaf etdirilməsində gömrük orqanları da böyük rol oynayır və bugünkü görüş də əlaqələrin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov Rusiyanın regional əməkdaşlığa böyük önəm verdiyini və qonşu ölkələrlə daha da sıx əməkdaşlıq etmək istədiklərini açıqlayıb. Azərbaycana hər səfərində ölkə paytaxtının sürətlə inkişaf etdiyinin şahidi olduğunu vurğulayan qonaq bu inkişafın bütün sahələrdə, eləcə də gömrük sahəsində də müşahidə edildiyini bildirib.
A.Belyaninov bu gün Azərbaycan və Rusiyanın gömrük xidmətləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu və Azərbaycana budəfəki səfərinin qarşılıqlı əlaqələrin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda Azərbaycan və Rusiya gömrük xidmətləri arasında 3 sənəd - gömrük xidməti rəhbərlərinin işçi görüşünün protokolu, qarşılıqlı ticarət haqqında statistik məlumatların informasiya mübadiləsinin texnoloji sxemi və 2015-2016-cı illər üçün ikitərəfli qarşılıqlı fəaliyyətin planı imzalanıb.
Sənədləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov imzalayıblar.
Rusiya Federasiyası Federal Gömrük Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri fevralın 5-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

