Musa Quliyev: Belə hərəkətlər dələduzluq, xalqa qarşı hörmətsizlikdir
27.02.2015 [01:03]
“Hər bir dövlətin iqtisadiyyatında qalxmalar, enmələr olur, maliyyə bazarında müəyyən dəyişikliklər olur, dünya iqtisadiyyatının, maliyyə siyasətinin ölkəyə təsiri olur ki, bu da normal haldır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda manatın məzənnəsinin dollara nisbətdə bərabərləşdirilməsi dünyada gedən iqtisadi proseslərin nəticəsidir. Lakin bu vəziyyətdən kimlərsə sui-istifadə edirlər: “Gərək hər bir ölkə vətəndaşı cəmiyyətin və dövlətin qarşısında öz vicdanlı hərəkəti ilə seçilsin və öz vətəndaşlıq borcunu həyata keçirsin. Azərbaycanda manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi, daha doğrusu, dollarla bərabərləşməsi dünyada gedən iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına təsirinin nəticəsidir və Azərbaycan iqtisadiyyatının inkişafdan qalmaması üçün atılan çox doğru iqtisadi addımdır. Bu addımdan da sui-istifadə edərək ilkin etaplarda kimlərsə varlanmaq cəhdində oldu. Kimlərsə sui-istifadə edərək daha çox pul əldə etmək istədi. Bu cür hərəkətlər dələduzluqdur, özünə, xalqına qarşı hörmətsizlikdir. Bunlar hələ məsələnin mənəvi tərəfidir”.
Musa Quliyev, həmçinin, qeyd edib ki, məsələnin tənzimlənməsində dövlət qurumları ilə birlikdə vətəndaşlar da aktiv iştirak etməlidirlər: “Müvafiq qurumlar bu məsələdə öz fəallığını göstərməlidirlər, cərimə tədbirləri həyata keçirməlidirlər. 10 gün, bəlkə də, 1 ay sonra hər şey stabilləşəcək. Yəni, qiymətin dəyişməsi, milli valyutanın aşağı düşməsi yalnız bizim ölkəmizdə görülən hadisə deyil, dünyanın bir çox ölkələrində bu proseslər gedir. Azərbaycan xalqı da 90-cı illərin böhranını görmüş bir xalqdır. Hər bir böhran vəziyyətindən çıxış yolu var. Amma indiki vəziyyəti böhran adlandırmaq olmaz və bu vəziyyətdən sui-istifadə edən istər valyuta möhtəkirlərinin, istər bazarda iqtisadiyyatla məşğul olan insanların bu işin içində olmaları doğru deyil. Bunlar həm cəmiyyət tərəfindən qınanılmalıdır, həm də müvafiq dövlət qurumları tərəfindən tədbirlər görülməlidir. Artıq bu tədbirlər görülməyə başlayıb, ictimaiyyətə də məlumat verilir və ictimaiyyət də bu tədbirə birmənalı olaraq dəstək olur. Amma, eyni zamanda, gərək sahibkarların da hüquqları qorunsun, onlar da qiymət dəyişmələrindən əziyyət çəkməsinlər. Xüsusən də, xarici ölkələrdən alınıb gətirilən malların Azərbaycanda satışına ədalətli qiymət məzənnəsi də müəyyən olunsun”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

