/ / Abdullah bin Fəhd Əl-Hüseyn: Dünya Xəbər Agentlikləri Konqresinin Bakıda yüksək səviyyədə keçiriləcəyinə əminik
Abdullah bin Fəhd Əl-Hüseyn: Dünya Xəbər Agentlikləri Konqresinin Bakıda yüksək səviyyədə keçiriləcəyinə əminik
04.03.2015 [09:54]
“Əminik ki, Dünya Xəbər Agentliklərinin V Konqresi Bakıda yüksək səviyyədə keçiriləcək”. Bu fikirləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşdə Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn bildirib.
O, qeyd edib ki, 2013-cü ildə IV Konqresə ev sahibliyi etmiş SPA agentliyi topladığı təcrübəni bölüşməyə və AZƏRTAC-a daim lazımi dəstək verməyə hazırdır. “Dünya Xəbər Agentlikləri Konqresi Şurasının dünən keçirilən iclası və yubiley tədbirinin təşkili göstərdi ki, AZƏRTAC V Konqresi yüksək səviyyədə keçirəcək. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdən çox məmnun olduq”, - deyə Abdullah bin Fəhd Əl-Hüseyn vurğulayıb.
SPA-nın prezidenti onu da əlavə edib ki, hər iki agentlik informasiya və foto mübadiləsini daha da artırmaq imkanlarına malikdir. Bu, Azərbaycan haqqında xəbərlərin Yaxın Şərqdə, Səudiyyə Ərəbistanı Krallığının ictimai-siyasi, mədəni və digər sahələri ilə bağlı məlumatların isə bu regionda yayılmasına şərait yaradacaq.
Baş direktor Aslan Aslanov qeyd edib ki, AZƏRTAC hazırda Konqresə sədrlik edən SPA agentliyi ilə əməkdaşlığın dərinləşməsinə böyük əhəmiyyət verir. İki agentlik arasında informasiya sahəsində tərəfdaşlıqla bağlı sənəd imzalanıb. Baş direktor, həmçinin Konqresə hazırlıq məsələlərində artıq koordinasiya işinin həll edildiyini və işçi qruplar arasında əlaqələrin daha da intensivləşdirməyin vacibliyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim iki ölkə arasında sıx əməkdaşlığın olduğunu bildirib. Səudiyyə Krallığının Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu deyən diplomat iki ölkə agentliklərinin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində tərəfdaşlıq etməsini yüksək qiymətləndirdiklərini vurğulayıb.
Görüşdə V Dünya Xəbər Agentlikləri Konqresinə dünyanın hər yerindən xəbər agentliklərinin, həmçinin CNN, BBC kimi tanınmış telekanalların, Google, Yahoo!, MSN və digər nəhəng informasiya-axtarış şirkətlərinin dəvət edilməsi məsələləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14

