Azərbaycan ilə İsveçrə arasında siyasi, iqtisadi, mədəni sahələrdə yaxşı əməkdaşlıq mövcuddur
07.03.2015 [11:34]
Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti İsveçrəyə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Paytaxt Berndə növbəti görüş İsveçrə Xarici İşlər Nazirliyinin dövlət katibi Yves Rossie ilə olub.
Dövlət katibi Azərbaycan ilə İsveçrə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yaxşı əməkdaşlığın mövcud olduğunu söyləyib. O, parlamentlərarası əlaqələrin inkişafına dair göstəricilərin də məmnunluq doğurduğunu bildirib.
Yves Rossie İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə qarşı yönələcək hər hansı addımların əleyhinə olduğunu qeyd edib. O deyib: “Beynəlxalq hüquq baxımından vəziyyət aydındır. Təəssüflər olsun ki, beynəlxalq aləmdə bu münaqişənin həlli üçün təcili addımlar atılmır. Əlbəttə, hər hansı bir münaqişənin həll olunmaması təəssüf hissi doğurur”.
Bahar Muradova İsveçrəyə səfəri çərçivəsində keçirdiyi görüşlərin böyük əhəmiyyətə malik olduğunu deyib. İki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından danışan Milli Məclis sədrinin müavini qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının bu əməkdaşlığın dərinləşməsinə verdiyi töhfəni xüsusi vurğulayıb. Bahar Muradova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə Ermənistanın mane olduğunu, bu ölkənin status-kvonu saxlamağa cəhd etdiyini, uydurma yalanlarla bütün dünyanı aldatmağa çalışdığını diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə ilə münasibətlərin daha da inkişaf etdirilməsinə diqqət yetirdiyini deyən Bahar Muradova dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb.
Sonra Azərbaycan nümayəndə heyəti Bern Şəhər Meriyasında olub. Şəhər meri Aleksandr Çeppet İsveçrə paytaxtının tarixi, onun bugünkü həyatı və meriyanın yerləşdiyi tarixi bina haqqında məlumat verib. Azərbaycan-İsveçrə əlaqələrinin, xalqlarımız arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Milli Məclis adından Bern şəhərinin merinə xatirə hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

