“İrəli” İctimai Birliyi İsmayıllıda “Gənc əkinçi” layihəsinin icrasına başlayıb
13.03.2015 [14:54]
“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə İsmayıllı rayonunda “Gənc əkinçi” layihəsinin həyata keçirilməsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, cari ildə “Gənclər paytaxtı” seçilən İsmayıllıda keçirilən təlimlərə ölkə mətbuatını təmsil edən 30-dək gənc jurnalist cəlb olunub.
Martın 12-də layihə iştirakçıları İsmayıllı rayon İcra Hakimiyyətində olublar. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov son illər rayonda sosial-iqtisadi sahədə qazanılan uğurlardan, gənclərin cəmiyyətdə rolunun artırılması məqsədilə görülən işlərdən bəhs edib, “Gənc əkinçi” layihəsinin önəmini vurğulayıb.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov layihənin İsmayıllıda keçirilməsindən məmnunluğunu bildirərək Azərbaycanda kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, bu gün ölkədə beş mindən çox KİV qeydiyyatdan keçib. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub və bu da gənc jurnalistlərin biliklərinin artırılmasını, onlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini zəruri edir.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycanda milli mətbuatın təməlinin qoyulmasından, müasir dövrdə jurnalistikanın problemlərindən, əldə olunan uğurlardan danışıb.
Sonra rayon mədəniyyət evində “Gənc əkinçi” layihəsinin açılışı olub.
“İrəli” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Türkan Xəlilova layihə barədə məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, kütləvi informasiya vasitələri arasında əməkdaşlığı inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlər komandasının formalaşdırılması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir.
Sonra iştirakçılara jurnalistikanın tarixi, mediada peşəkarlıq və müasir mətbuatın problemləri mövzusunda ictimai müzakirə keçirilib.
Layihə çərçivəsində martın 15-dək jurnalistlərə peşəkar ekspertlər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçiriləcək. Təlimlərdən sonra yaradılacaq qrupla mütəmadi işlər aparılacaq, dil kursları təşkil ediləcək. Qrupun, həmçinin gələcəkdə müxtəlif ölkələrin media orqanlarında təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxAnalitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53

