Azərbaycan nümayəndə heyəti Serbiyada QDİƏT Parlament Məclisinin komitə iclasında iştirak edib
18.03.2015 [10:08]
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) baş katibi Asəf Hacıyev və Milli Məclisin deputatı, QDİƏT PM-in iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin sədri Musa Quliyev Serbiyada səfərdə olub. Səfərin məqsədi QDİƏT PM-in iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 44-cü iclasında iştirak etməkdir.
İclasda “QDİƏT üzv ölkələrində informasiya cəmiyyətinin inkişafında və güclənməsində yeni texnologiyaların rolu” mövzusunda məruzə dinlənilib, müvafiq istiqamətdə müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.
Səfər çərçivəsində A.Hacıyev və M.Quliyev Serbiya parlamentinin nümayəndələri və ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları ilə birgə Belqrad şəhərinin mərkəzindəki Taşmaydan parkında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə güllər düzüblər. Parkda görkəmli serb yazıçısı, “Xəzər lüğəti” əsərinin müəllifi Milorad Paviçin heykəli, eləcə də Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirə lövhəsi də ziyarət edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Serbiya parlamentinin vitse-spikeri, bu ölkənin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri, Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü İqor Beçiçin dəvəti əsasında Novi Sad şəhərində də olub. Nümayəndə heyəti Dunay çayının sahilində Üzeyir Hacıbəyli Memorialını ziyarət edərək dahi bəstəkarın burada ucaldılmış büstü önünə gül dəstəsi qoyub.
Səfər zamanı A.Hacıyev, həmçinin, Serbiya parlamentinin sədri Maya Qoykoviç, bu ölkənin Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç və Serbiyanın Avrointeqrasiya məsələləri üzrə portfelsiz naziri Yadranka Yoksimoviç ilə görüşlər keçirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

