Türkiyənin Baş naziri Azərbaycan nümayəndə heyəti ilə görüşüb
17.04.2015 [10:11]
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb.
Səfərin birinci günü nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib. Ümummilli liderin parkdakı abidəsi önünə tər çiçəklər düzülub, xatirəsi ehtiramla yad olunub.
Sonra Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla Türkiyə arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən danışılıb. Əlaqələrimizin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə səyləri xüsusi vurğulanıb.
Qeyd olunub ki, ikitərəfli əlaqələrdə əmək bazarı və əhalinin sosial müdafiəsinə dair məsələlər xüsusi yer tutur.
Türkiyənin Baş naziri diqqətə çatdırıb ki, artıq on ildən çoxdur əmək və əhalinin sosial müdafiəsi sahəsindəki hökumətlərarası saziş hər iki tərəfdən uğurla icra olunur və bəhrəsini verir.
Səlim Müslümov iki ölkənin müvafiq nazirlikləri arasında sıx əlaqələrin mövcudluğundan bəhs edib. Bildirib ki, əmək bazarı, məşğulluq, sosial təminat, əlillərin sosial müdafiəsi, tibbi-sosial ekspertiza və əlilliyin reabilitasiyası məsələlərində tərəflər daim bir-biri ilə informasiya mübadiləsi aparır.
Eyni zamanda, vətəndaşlarımızın sosial müdafiəsi istiqamətində təcrübə mübadiləsi də mövcuddur. Xüsusilə Azərbaycan tərəfi türkiyəli həmkarlarının peşə standartlarının hazırlanması və tətbiqi, əmək münasibətlərində üçtərəfli komissiyanın (dövlət, həmkarlar ittifaqları və işəgötürənlər) fəaliyyəti, geniş əhatəli tibbi sığorta sisteminin qurulması, işsizlik sığortasının tətbiqi və onun işsiz vətəndaşların həyatındakı rolu sahəsindəki uğurlarını yüksək qiymətləndirir.
Məlumat verilib ki, bu il ilk dəfə olaraq azərbaycanlı əlillər reabilitasiya məqsədi ilə Türkiyənin Pamukkaledəki tibbi-sosial reabilitasiya mərkəzinə bərpa müalicəsi məqsədilə göndəriliblər və bu proses davamlı olacaq. Burada müalicə keçən azərbaycanlılara yüksək xidmət göstərilib.
Görüşdə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın 8-ci iclasında iştirak edəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

