Mərkəzi Asiya-Avropa marşrutunda Azərbaycanın özünəməxsus yeri var
08.05.2015 [09:45]
“Azərbaycanda yollar çəkilir, yeni nəqliyyat dəhlizləri açılır. Azərbaycanın yeni yollar çəkməsi dünyaya sülh çağırışıdır. Çox təəssüf ki, biz bu niyyəti Ermənistandan görmürük”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri İpək Yolu İqtisadi Kəməri kontekstində” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Ə.Həbibbəyli Ermənistanın 20 ildən çoxdur ki, tarixi və əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxladığını diqqətə çatdırıb.
Bildirilib ki, işğalçılıq siyasətini davam etdirən Ermənistan heç bir beynəlxalq hüquq normalarına məhəl qoymur. Bu, ilk növbədə erməni xalqına da böyük bəlalar gətirir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan hökumətinin işğalçı siyasəti erməni xalqını da pis vəziyyətdə qoyur, Ermənistanın böyük layihələrdən kənarda qalmasına gətirib çıxarır. Azərbaycan isə hər ötən gün iqtisadi qüdrətini artırır, inkişaf edir.
Daha sonra İpək Yolu İqtisadi Kəməri layihəsindən danışan Ə.Həbibbəyli qeyd edib ki, bu, dünyaya yeni Çini təqdim edən ilk meqalayihədir. Hələlik dünyanın müxtəlif ölkələrində Çinin bu təşəbbüsü öyrənilir və fərqli fikirlər mövcuddur. Odur ki, xarici ekspertlərin, beyin mərkəzləri nümayəndələrinin iştirakı ilə Azərbaycanda bu mövzuda beynəlxalq konfransın keçirilməsi diqqətə layiqdir. Böyük iqtisadi arealı əhatə edən Mərkəzi Asiya-Avropa marşrutunda Qafqaz regionunun, xüsusən də Azərbaycanın özünəməxsus yeri var. Ölkəmiz bu nəqliyyat dəhlizinə öz töhfəsini verməyə çalışır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq yaxın müddətdə istifadəyə veriləcək. Bu dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizində mühüm halqa olacaq. Azərbaycan bu layihəni öz gücünə, tərəfdaşları ilə bərabər heç bir xarici donorun yardımı olmadan həyata keçirir. Öz öhdəlikləri ilə bərabər, Gürcüstana da kredit verməklə dünyaya donor Azərbaycanı təqdim edir. Prezident İlham Əliyevin dediyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yeni “dəmir İpək Yolu” olacaq.
“İpək Yolu İqtisadi Kəmərinin reallaşmasının qarşılaşdığı çağırışlara qarşı mübarizədə regional siyasi əməkdaşlığın gücləndirilməsi” adlı birinci panelin moderatoru olan Yeni Azərbaycan Partiyasının üzvü, politoloq Tamerlan Vahabov layihənin əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, bu layihə təkcə Azərbaycan üçün deyil, layihəyə qoşulan digər ölkələr üçün də faydalıdır. “Son dərəcə əhəmiyyətli olan bu layihə iqtisadi sahədə əməkdaşlığın inkişafına öz töhfələrini verəcək, Azərbaycana və regiona əlavə dividendlər gətirəcək. Layihəyə qoşulan ölkələr üçün müsbət dəyişikliklər yaranacaq. Eyni zamanda, layihə regionun təhlükəsizliyi baxımından da çox önəmlidir” - deyə politoloq vurğulayıb.
Avropa və Asiya məkanı üçün böyük əhəmiyyətə malik layihənin üstünlüklərindən danışan Tamerlan Vahabov bildirib ki, o, Çindən, Hindistandan və digər Asiya ölkələrindən malların daşınmasında, gətirilməsində mühüm rol oynayacaq.
Paneldə xüsusilə təhlükəsizlik məsələləri önə çəkilib, siyasi-iqtisadi çağırışlar ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

