Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ülvi Quliyev: Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox böyük idman hadisəsidir

Ülvi Quliyev: Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox böyük idman hadisəsidir

15.05.2015 [09:55]

“Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox böyük idman hadisəsidir”. Bu fikri Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
Ü.Quliyev bildirib ki, cəmiyyətimiz “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək əhval-ruhiyyə ilə hazırlaşır. Onun sözlərinə görə, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bütün hazırlıq işlərini yüksək səviyyədə yerinə yetirib.
“Bütün Azərbaycan vətəndaşları Oyunların yüksək səviyyədə keçirilməsi üçün həmrəydirlər. Hər kəs şahid olacaq ki, “Bakı-2015” ilk Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcək. Bəzi qüvvələr Azərbaycanın uğurlarını istəmirlər. Onlar qarayaxma kampaniyaları apararaq, ölkəmizin uğurlarına kölgə salmaq niyyətindədirlər. Amma bu, mümkün deyil. Hər kəs prosesləri izləyir. Bütün Azərbaycan vətəndaşları və dünya belə kampaniyaların əsassız olduğunu bilir. Belə hallar ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi keçirilən zaman da baş vermişdi. Azərbaycan uğurlar əldə edəndə bəzi qüvvələr işə düşürlər və qarayaxmalara başlayırlar. Ancaq onlar müstəqil Azərbaycana qarşı belə qarayaxmalarla heç nə əldə edə bilməyəcəklər”, - deyə Ü.Quliyev qeyd edib.

Paylaş:
Baxılıb: 741 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31