Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Asim Mollazadə: Belə kampaniyaların arxasında Azərbaycanın inkişafından narahat olan erməni diasporu dayanır

Asim Mollazadə: Belə kampaniyaların arxasında Azərbaycanın inkişafından narahat olan erməni diasporu dayanır

12.06.2015 [09:26]

“Belə kampaniyaların arxasında Azərbaycanın inkişafından çox narahat olan erməni diasporu və ermənilərin havadarı olan qüvvələr dayanır. Həmişə Azərbaycanda Avropa, dünya əhəmiyyətli tədbirlər keçirilən zaman bunu ləkələməyə çalışırlar. Çünki çox gözəl bilirlər ki, Azərbaycanın dünyada imkanları genişlənəndən sonra əsl həqiqətlər, o cümlədən Xocalı həqiqəti dünyaya çatacaq və ermənilər ifşa olunacaq”. Bunu APA-ya açıqlamasında iyunun 12-də “Platform London”un təşkilatçılığı ilə BP şirkətinin Londondakı baş ofisi qarşısında keçiriləcək aksiyaya münasibət bildirən Avronest Parlament Assambleyası Siyasi Komitəsinin həmsədri, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. O bildirib ki, erməni lobbisinin maliyyə imkanları daha genişdir və bəzi beynəlxalq təşkilatları da öz işlərinə cəlb edə bilirlər: “Demokratiya, insan hüquqları onlar üçün sadəcə bir vasitədir. Onlar demokratik dəyərləri müdafiə etmək istəsəydilər, Ermənistandakı proseslərə diqqət yetirərdilər. Sadəcə, bu, Azərbaycana qarşı olan kampaniyadır və real müharibənin informasiya-ideoloji müstəvidə davamıdır. Bu cəhdlər heç bir nəticə verməyəcək. İt hürəcək, karvan öz yolu ilə gedəcək”.

 
Paylaş:
Baxılıb: 713 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31