Bəhruz Quliyev: Azərbaycan ilk Avropa Oyunlarının modelini ortaya qoydu
18.06.2015 [09:29]
“Bu gün azərbaycanlılarda vətənpərvərlik ruhu sürətlə yüksəlməkdədir”
“İlk növbədə, “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm və idmançılarımıza uğurlar arzulayıram. Azərbaycan dövləti Oyunların açılışı ilə, sözün həqiqi mənasında, bir yenilik, bir standart təqdim etdi”. Bunu SİA-ya SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev ilk Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
SƏS Media Qrupun rəhbərinin sözlərinə görə, ölkəmiz bütün sahələrdə yeni standartlar, yeni modellər təqdim edir: “İyun ayının 12-də keçirilən açılış mərasimində də Azərbaycan ilk Avropa Oyunlarının modelini ortaya qoydu. Beləcə, dünya ictimaiyyəti ölkəmizin hansı gücə, qüdrətə malik olduğunun, idmana nə qədər önəm verdiyinin bir daha şahidi oldu. Oyunların nəticələrinə fikir versək, görərik ki, əslində, hər bir idmançının, komandanın çıxışı, tutduğu yer onun aid olduğu dövlətin və xalqın maddi-mənəvi, psixoloji durumunu ifadə edir. Niyə məhz maddi? Çünki imkanı məhdud olan, iqtisadi cəhətdən böhran vəziyyətində yaşayan hər hansı bir dövlətin idmançılarının psixoloji, mənəvi durumu ağır vəziyyətdə olur. Bu mənada hesab edirəm ki, həmin dövlətin nümayəndələrindən, idmançılarından yüksək nəticə gözləmək əbəsdir. Amma ümumi əhval-ruhiyyəsi, yaşam tərzi və aurası yaxşı olan dövlətlərdən, sözsüz ki, müsbət nəticələr gözləmək olar. Təbii ki, bu məsələdə idmançıların hazırlıq səviyyəsi də önəmli faktorlardan biridir”.
B.Quliyev hesab edir ki, əgər idmançı güclü təcrübəyə malikdirsə və dünyada tanınırsa, onun qazandığı nəticə ümumi nəticəyə də öz təsirini göstərəcək: “Məsələn, mən erməni güləşçi ilə azərbaycanlı güləşçi arasında olan fərqi müqayisə etmək istərdim. Baxın, bürünc medal uğrunda mübarizədə azərbaycanlı güləşçi gənc və yeniyetmə bir güləşçi idi. Hətta onun qazandığı titullar erməni güləşçinin titullarından çox az idi. Erməni güləşçi iki dəfə Avropa çempionu olmuşdu və daha təcrübəli idi. Arena və idman döşəyi güləşçiyə çox şey verir, hər oyunda güləşçi mənəvi-psixoloji durumunu yeniləyir, təcrübəsini artırır, oyundan-oyuna formalaşır. Amma bu qarşılaşmada Azərbaycan güləşçisinin mənəvi-psixoloji durumu yüksək idi. Bütün bunlar son nəticədə özünü göstərdi və azərbaycanlı güləşçi 9:1 hesabı ilə erməni idmançı üzərində qələbə qazandı. Bu bir daha göstərdi ki, həqiqətən də, Azərbaycan idmançısı bütün cəhətlərinə görə çox güclüdür. Yəni xalqların mənəvi-psixoloji durumu oyunun nəticələrinə də təsir etdi”.
B.Quliyev bildirib ki, bu gün Azərbaycan medal sayına görə liderliyini qoruyub saxlayır: “Bu günə kimi idmançılarımız 20-dən çox medal qazanıblar. Bütün bunlar Azərbaycanda dövlətin idmana, idmançılara diqqəti və qayğısının bariz nümunəsidir. Ölkəmizdə artıq böyük bir Olimpiya hərəkatı formalaşıb. O, öz nəticəsini bütün beynəlxalq yarışlarda göstərir. Məlum məsələdir ki, idmançı 2-3 günə, 2-3 aya yetişmir, bunun üçün illərlə zəhmət çəkmək lazımdır. İdmançının tam hazırlıq səviyyəsinə gəlməsi üçün zamana ehtiyac var. Əgər hansısa idmançı kiçik yaşlarından idmanla məşğul olursa, onun üçün şərait yaradılmalıdır və s. Bu gün azərbaycanlılarda vətənpərvərlik ruhunun sürətlə yüksəldiyini də qeyd etmək lazımdır”.
İlk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan “qara piar” kampaniyası haqqında da danışan B.Quliyev əlavə edib ki, onların məqsədi heç zaman həyata keçməyəcək: “Bəzən Böyük Britaniya, Almaniya, Hollandiya, Yunanıstan və s. ölkələr ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə etiraz edir, buna bu və ya digər şəkildə mane olmağa çalışırdılar və bunun üçün “qara piar” kampaniyası aparırdılar. Halbuki oyunların nəticələrinə baxsanız, görərsiniz ki, sözügedən dövlətlərdə idmançıların göstəriciləri çox aşağıdır. Məsələn, bəzilərinin yalnız bir qızıl, bir gümüş medalı var, bəziləri isə heç o mükafata layiq yer tutmayıblar. Nəticələr göstərir ki, onların özlərində mənəvi-psixoloji durum aşağı səviyyədədir. Onlar yeri gələndə qonşularına, hansısa dövlətlərə qısqanclıqla yanaşırlar. Bütün bunlara baxmayaraq, inanırıq ki, Azərbaycan idmançılarının qazandığı medalların sayı onlardan qat-qat artıq olacaq”.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

