“Freedom House” təşkilatının Azərbaycana qarşı mövqeyi qərəzli və ədalətsizdir
04.07.2015 [10:26]
Təşkilat erməni lobbisinin sifarişini yerinə yetirərək ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa çalışır
Birinci Avropa Oyunları başa çatsa da, bu möhtəşəm tədbir beynəlxalq aləmin gündəmindədir. Bir sıra xarici KİV-lər, o cümlədən, Avropanın idman ictimaiyyətinin tanınmış nümayəndələri Azərbaycanın bu Oyunları yüksək səviyyədə təşkil ediyini vurğulayırlar. Yəni, dünya miqyasında Azərbaycanın bu uğuru etiraf olunmaqdadır.
Amma müəyyən dairələr də var ki, bu Oyunların gedişi zamanı Azərbaycanın nüfuzuna zərbə vurmağa çalışırdılar. Bunlar Azərbaycanın müstəqil siyasət həyata keçirməsini, sürətli inkişafını qəbul edə bilməyən islamofob və ermənipərəst dairələrdir. “Freedom House” da bu qəbildən olan təşkilatlardandır. Əlbəttə, bu təşkilatın hesabatlarında Azərbaycanın daim qara rəngdə təsvir olunması, guya Azərbaycanda insan haqlarının pozulması iddiaları təəccüblü deyil və təsadüfi xarakter daşımır. “Freedom House”un mövqeyi hər zaman ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa yönəlib. Erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən bu təşkilat hər zaman ölkəmizin iqtisadi, siyasi, demokratik və digər sahələrdəki inkişafını görməzdən gələrək cəmiyyətimizi yalnız qara rəngdə təqdim etməyə çalışır. Amma sevindirici haldır ki, bu tipli təşkilatların cəhdlərinə baxmayaraq, dünyanın nüfuzlu beynəlxalq qurumları Azərbaycanın uğurlarını xüsusi vurğulayırlar. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Ölkəmizdə demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla irəliləyir. Bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, yüzlərlə qeyri-hökumət təşkilatı dövlətin güclü dəstəyini hiss edir.
“Freedom House”, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də işğalçı dövlətin tərəfini tutur. Belə ki, təşkilat beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanı “qeyri-azad”, Ermənistanı isə işğal altındakı Dağlıq Qarabağla birlikdə “qismən azad” ölkələr sırasında təqdim edir. Bütün dünya ölkələri, eləcə də, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan torpağı kimi qəbul etdikləri halda “Freedom House”un Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini mübahisəli ərazilər şəklində göstərməsi, əslində, qurumun hansı qüvvələrin, maraq qruplarının əlində alətə çevrildiyindən xəbər verir. Bunlar isə, əlbəttə ki, sözügedən təşkilatın beynəlxalq hüquqa, demokratiya, insan hüquq və azadlıqları prinsiplərinə saymazyana münasibətini göstərir. Axı, Ermənistanda baş verən hadisələr, mülki vətəndaşların gülləbaran edilməsi, yüzlərlə insanın siyasi əqidəsinə görə həbs olunması və bir çoxlarının hələ də həbsxanalarda saxlanması, söz və mətbuat azadlığının olmaması bu ölkədə insan haqlarının kobud şəkildə pozulmasından xəbər verir. Bu da heç kəsə sirr deyil ki, hər il çoxlu sayda insan siyasi mövqeyinə görə üzləşdiyi təzyiqlər səbəbindən Ermənistanı tərk etmək məcburiyyətində qalır.
Üstəlik Ermənistan tərəfi Azərbaycan torpaqlarını işğal altında saxlamaqla beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Məhz bu işğal nəticəsində öz doğma torpaqlarından qovulan, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilən bir milyondan artıq azərbaycanlı hüquqlarının bərpa ediləcəyi günü görmək arzusu ilə yaşayır. Belə olan təqdirdə, Ermənistanın “qismən azad” adlandırılması “Freedom House” təşkilatının hesabatların hazırlanmasına nə qədər qeyri-ciddi və məsuliyyətsiz mövqedən yanaşdığını göstərir. Bütün bunları vurğulayaraq bir daha deyə bilərik ki, “Freedom House” təşkilatının Azərbaycana qarşı mövqeyi tam qərəzli və ədalətsizdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

