/ / Qondarma separatçı rejimin “başçısı”nın Londona səfəri azərbaycanlı fəalların etirazı ilə qarşılanıb
Qondarma separatçı rejimin “başçısı”nın Londona səfəri azərbaycanlı fəalların etirazı ilə qarşılanıb
09.07.2015 [09:32]
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin iyulun 8-də Londondakı “Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutuna gəlişi azərbaycanlı fəalların etirazı ilə qarşılanıb.
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilən etiraz aksiyasında azərbaycanlı tələbələr, icma üzvləri, o cümlədən bu məsələdə azərbaycanlılarla həmrəy olan Böyük Britaniya, Türkiyə və digər ölkələrdən olan etirazçılar iştirak ediblər. Etiraz aksiyası Azərbaycan və Böyük Britaniya mətbuatında geniş işıqlandırılıb.
“Dağlıq Qarabağ: Daxili inkişaf və regional problemlər” mövzusunda “Chatham House”da keçirilən müzakirələrdən əvvəl və sonra ardı kəsilmədən bu şüarlar səsləndirilib: “Saakyan, Qarabağ Azərbaycanındır!”, “Biz ədalət istəyirik - Nə zaman istəyirik? İndi istəyirik!”
Saakyan binanı tərk edərkən etirazçılar onu bu şüarla qarşılayıblar: “Saakyan - müharibə cinayətkarı!” Bununla onlar bildirməyə çalışıblar ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evlərinə qayıtmasına imkan verilmir.
Dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin Azərbaycandakı məcburi köçkün düşərgələrində çəkdiyi təsirli fotoşəkilləri sərgiləyən rəqəmsal avtomobil furqonu regionda erməni militarist siyasətinin insanlığa vurduğu zərbəni nümayiş etdirib. Həmin furqon debat zamanı “Chatham House”un binası qarşısında dayanıb, sonra isə mərkəzi London turuna çıxıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı komandir müavini, işğal olunmuş ərazilərdə 2001-2007-ci illərdə “təhlükəsizlik xidmətinin rəhbəri” olmuş B.Saakyanın radikal platformadan çıxış etməsi tərəflər arasındakı sülh danışıqlarının inkişafını ləngitməkdə mühüm rol oynayıb. O, 2007-ci ildən bəri qondarma rejimin “rəhbəri”dir və dəfələrlə Dağlıq Qarabağın tam müstəqilliyinin tanınmasına nail olacağına söz verib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

