Siyavuş Novruzov: “Müsavat” və AXCP-nin kitabı bağlanıb
17.07.2015 [12:14]
“Müsavat” və AXCP-nin kitabı bağlanıb”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib.
S.Novruzov deyib ki, ümumilikdə Azərbaycanda 50-yə yaxın siyasi partiya dövlət qeydiyyatından keçib və bir hissəsi qarşıdan gələn parlament seçkilərində iştirakla bağlı bəyanat verib: “Seçilmək hamının istəyi, arzusudur. İkincisi, siyasi partiyaların maliyyələşməsi ilə bağlı qanun qəbul etmişik və orda göstərilib ki, baryeri keçən partiya dövlət büdcəsindən maliyyələşir. Buna görə də bu seçkilərdə parlamentdə yer qazanmasa belə, müəyyən səs alıb dövlət büdcəsindən vəsait almaq istəyi də partiyalara əlavə stimuldur. Ötən seçkidə o baryeri aşan partiya olmadığı üçün həmin vəsait dövlət büdcəsində qalır. Ona görə də hər bir partiya bu seçkilərdə aktiv iştirak etmək istəyir”.
S.Novruzov “Müsavat” və AXCP-dəki vəziyyəti “çox acınacaqlı” adlandırıb.
O deyib ki, Müsavat Partiyasında ədalətsiz qurultay keçirilməsi nəticəsində partiya parçalanıb: “Təşkilatın yaradıcıları, bərpaediciləri bir tərəfə çəkilib, partiyanı öz monopoliyasında saxlayan 5-6 adam başqa bir tərəfdədir. Ona görə də partiyada seçki yox, hələ daxildə həmrəylik yaradılması ilə bağlı bir məqama gəlib çata bilməyiblər. O baxımdan da bu seçkilərdə Müsavat Partiyası nə namizəd irəli sürə biləcək, nə də həmin namizədin təbliğatı, təşviqatı, onun qələbə qazanması üçün hər hansı addım ata biləcəklər. Hər bir seçici sual verəcək ki, əvvəlcə sizin daxilinizdə bir həmrəylik var?! Müsavat Partiyası artıq tarixin arxivinə getmək ərəfəsindədir. Ola bilər ki, bu partiyada ayrı-ayrı şəxslər fərdi qaydada namizədliklərini irəli sürsünlər”.
S.Novruzov AXCP ilə bağlı da fikirlərini bildirib: “AXCP çoxdan Azərbaycan xalqının, seçicisinin deyil, xarici maraqlara xidmət edən və oradan maliyyələşən, dəstək alan, onların göstərişlərini yerinə yetirən quruma çevrilib. Erməni lobbisindən alınan yardımla erməni qüvvələrinə, onların ideya və məqsədlərinə xidmət edirlər. AXCP-də az-çox Azərbaycan dövlətçiliyini, xalqını düşünən insanlar artıq orada qalmırlar. Artıq iki sədr müavini - Razi Nurullayev, daha sonra Əbülfəz Qurbanlı partiya ilə yollarını ayırıb. Eyni zamanda Sumqayıt və digər rayonlarda təşkilat sədrləri, şöbə müdirləri oradan uzaqlaşıblar. Orada Əli Kərimli, sürücüsü, cangüdəndən başqa adam qalmayıb, onlar da öz tədarüklərini hərtərəfli görüblər. İngiltərə banklarında hesablarına kifayət qədər vəsait toplanıb, xaricdə ayrı-ayrı yerlərdə mülkləri var, uşaqları xaricdə təhsil alır, ailələri xaricdə yaşayırlar. Özləri ancaq burada oturub onları maliyyələşdirən qrupların maraqlarını həyata keçirirlər. Bu baxımdan da onların da parlament seçkilərində heç bir şansları yoxdur Beləliklə, iki partiyanın-“Müsavat” və AXCP-nin kitabı bağlanıb”.
S.Novruzov qeyd edib ki, bu iki partiyanın funksionerləri seçkilərdə “qarayaxma” ilə məşğul olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

