/ / Azərbaycanın Baş naziri Çindən yola salınmış ilk konteyner qatarının Ələt Ticarət Limanında qarşılanma mərasimində iştirak edən nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın Baş naziri Çindən yola salınmış ilk konteyner qatarının Ələt Ticarət Limanında qarşılanma mərasimində iştirak edən nümayəndə heyəti ilə görüşüb
04.08.2015 [02:07]
Avqustun 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ilk konteyner qatarının Bakı (Ələt) Beynəlxalq Dəniz Ticarət Limanında qarşılanma mərasimində iştirak edən nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə daxil olan “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin direktoru Mamuke Baxtadze və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov layihə haqqında Baş nazir Artur Rasizadəyə ətraflı məlumat verərək bildiriblər ki, Çinin Şixezi şəhərindən yola salınmış 1700 tondan artıq yüklə dolu ilk sınaq qatarı Qazaxıstanın Aktau limanından keçməklə Azərbaycana çatdırılıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə üç ölkənin dəmir yolu qurumlarının müştərək həyata keçirdikləri bu nəhəng layihənin tranzit yüklərinin cəlb edilməsi və yükdaşıma həcminin artırılması baxımından çox böyük əhəmiyyəti var.
Layihənin uğurla reallaşdırılmasından məmnunluq ifadə edən Baş nazir Artur Rasizadə marşrutun beynəlxalq mahiyyətinə toxunaraq əmin olduğunu bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra yükdaşımalarda ixracat və tranzit potensialı daha da yüksələcək, Transxəzər nəqliyyat marşrutunun rəqabət gücü artacaq, Avropa ölkələrinə və əksinə yükdaşımalar daha səmərəli, sürətli və təhlükəsiz həyata keçiriləcək. İlk növbədə ölkə rəhbərlərinin siyasi iradəsi sayəsində baş tutan digər beynəlxalq əhəmiyyətli layihələr kimi, Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yüklərin daşınması da bütün regionun iqtisadi potensialına stimul verəcək.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi zamanı növbəti yük qatarının yola salınmasına hazırlıq aparıldığı diqqətə çatdırılıb.
Baş nazirin müavini Abid Şərifov görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

