Mübariz Qurbanlı: Dini maarifləndirmə sahəsində xeyli işlər görülüb
06.08.2015 [00:48]
“Dini intellektual səviyyənin yüksəlməsi üçün kütləvi informasiya vasitələrində İslam dini haqqında həqiqi bilgini insanlara çatdırmalıyıq. Hansı ölkədə bu işlər görülürsə insanların yad və zərərli təsir altına düşmə ehtimalı azalır. Azərbaycanda bu baxımdan sabitlikdir, radikalların sosial dayaqları yoxdur. Cəmiyyətin dünyəvi dünyagörüşünün yüksək olması hansısa xurafata inanmağa imkan vermir. Amma arxayınlaşmaq da olmaz”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılır. Onun sözlərinə görə, dini maarifləndirmə sahəsində xeyli işlər görülüb. Ancaq bu, ardıcıl olaraq davam etdirilməlidir.
“Komitə cari ilin birinci yarısında milli maraqlarımıza zidd olan, qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısını almaq üçün qabaqlayıcı amil kimi maarifləndirmə tədbirlərinə üstünlük verib. Hesabat dövründə bu məqsədlə bir sıra tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri kimi “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda 12 regional konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra orqanları, vətəndaş cəmiyyəti institutları ilə Dövlət Komitəsinin müvafiq şöbələri sıx əməkdaşlıq edir, birgə tədbirlər təşkil olunur.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında ölkə gənclərinin milli -mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Komitə müvafiq dövlət qurumları ilə birgə silsilə xarakterli maarifləndirici tədbirlər keçirib. Qafqaz Müsəlmanları İdarəsi imamlar, axundlar, din xadimləri üçün təkmilləşdirmə kursları təşkil edib. Məscidlər irfan, mədəniyyət mərkəzinə çevrilməlidir, axundlar və imamlar təkcə dini yox, dünyəvi bilgilərə də malik olmalıdır. Orta əsrlərdə mütəfəkkirlərimizin əksəriyyəti məscidlərdə yetişdirilirdi. Amma sovet dövründə dindarlar yalnız yas mərasimlərini aparan insanlara bənzədilib və indi də belə düşünənlər az deyil. Bu, doğru yanaşma deyil.
Görülən işlər müsbət nəticələr verməkdədir. Mən məscidlərə gedirəm, xütbə kitablarına baxıram və artıq yeni nəsil yetişdiyini görürəm. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin, eləcə də Bakı İslam Universitetinin tələbələrindən yüksək mütəxəssislər yetişir. Onlar yüksək biliklərə sahib din xadimləri kimi formalaşırlar. Doğrudur, hələ də xarici təsirlər var və onlar məscidlərə də girmək istəyirlər. Amma biz buna yol verməyəcəyik. Biz çalışmalıyıq ki, vətəndaşlarımız İslam dəyərlərini dərindən öyrənsin”, - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

