Kristian Okerhelm: Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətlər yüksək səviyyədədir
10.10.2015 [12:48]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 9-da İsveçdə fəaliyyət göstərən “Həyat Sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelm ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mübariz Qurbanlı Azərbaycanın tarixən müxtəlif konfessiyaların, xalqların, eləcə də ayrı-ayrı etiqad və inanclara malik etnosların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu bildirib. Qeyd edilib ki, əsrlər boyu Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayıb, dini-etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmayıb. Respublika əhalisinin 96 faizinin İslam, 4 faizinin isə qeyri-islam dinlərə mənsub olduğunu vurğulayan komitə sədri ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə qayğı göstərməyin, onların problemlərini həll etməyin Azərbaycan dövlətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini deyib. M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin siyasətində bu məsələlər önəmli yer tutur. Dövlət tərəfindən İslam və qeyri-islam dini icmalara mütəmadi olaraq maliyyə vəsaiti ayrılır.
Komitə sədri “Həyat Sözü” dini icmasının dini xarakterli tədbirlərdə yaxından iştirak etdiyini, ümumilikdə icmanın fəaliyyətinin mövcud qanunvericiliyə müvafiq olduğunu bildirib.
Yenidən ölkəmizdə olmasından məmnunluğunu ifadə edən Kristian Okerhelm 1994-cü ildə Azərbaycana ilk səfəri zamanı Ümummilli lider Heydər Əliyevlə görüşünü, Ermənistanın təcavüzü nəticəsində öz yaşayış yerlərindən qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan əhalisinə humanitar yardımın gətirilməsinin təşkilində şəxsən iştirakını xatırladıb. Qonaq Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri, ölkəmizin ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini xüsusi olaraq qeyd edib. Kristian Okerhelm rəhbərlik etdiyi beynəlxalq mərkəzin gələcəkdə İsveçdə keçirəcəyi tədbirlərdə Azərbaycandan olan nümayəndə heyətinin iştirakından məmnun olacağını bildirib.
Görüşdə “Həyat Sözü” dini icmasının pastoru Rasim Xəlilov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29

