Arye Qut: Bu seçkilər Azərbaycanın gələcək demokratik inkişaf prosesinə töhfəsini verəcək
27.10.2015 [09:35]
Azərbaycanda parlament seçkilərinin ədalətli və şəffaf keçəcəyinə inanıram. Düşünürəm ki, seçkilərin demokratik şəraitdə keçirilməsində hakimiyyət çox maraqlıdır. Seçki prosesində mənim yaxın dostlarım da iştirak edirlər və onlar mənə deyirlər ki, Azərbaycanda imzatoplama kampaniyası, namizədlərin qeydiyyata alınması prosesi, təbliğat-təşviqat kampaniyası digər demokratik ölkələrdəki prosedurlardan fərqlənmir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Seçki-2015.az saytına açıqlamasında İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut bildirib.
Parlament seçkilərində Azərbaycan xalqının layiqli namizədləri seçəcəyinə əminliyini bildirən A.Qut deyib ki, bu seçkilər Azərbaycanın gələcək demokratik inkişaf prosesinə önəmli töhfəsini verəcək.
Arye Qut bəzi xarici dairələrin indidən bu seçkilərə qara yaxmaq istəyinə də münasibət bildirib. O, təəssüflə qeyd edib ki, bu gün həm Avropada olan xarici siyasət strukturlarının, həm də ABŞ administrasiyasının Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda dəqiq və ölçülüb-biçilmiş xarici siyasət strategiyası yoxdur.
Ekspert bildirib ki, ABŞ-ın və Avropanın bəzi ölkələrə “demokratiya və insan hüquqlarına hörmət” gətirməli olan hərbi müdaxilə layihələrinin əksəriyyətinə nəzər yetirilsə, həmin layihələrin bu dövlətlərə və xalqlara böyük mənəvi və maddi ziyan vurduğunun, onları tamamilə iflasa uğratdığının şahidi oluruq. O deyib: “Avropalıların və amerikalıların guya demokratik rejimlər qurmağa cəhd göstərdiyi hər yerdə - Əfqanıstanda, İraqda, Liviyada, Suriyada bu cəhdlər tam siyasi fiaskoya uğrayıb. Yüz minlərlə insanın əzab-əziyyətinə, həlak olmasına, son nəticədə milyonlarla qaçqının yaranmasına gətirib çıxarıb. Əlbəttə, Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham etmək riyakarlıq, nəzakətsizlik və ləyaqətsizlikdir. Çünki bu ölkə 24 ildən artıqdır ki, Ermənistanın təcavüzündən əziyyət çəkir. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib və bir milyondan çox insan həmin ərazilərdən qovulub. Məgər Avropa Parlamenti bunu bilmir? Bəlkə özünü bilməməzliyə vurur? Bəlkə avropalılar elə hesab edirlər ki, öz torpaqlarından qovulmuş bir milyon azərbaycanlı qaçqının hüquqları yoxdur?! Onlar nə üçün erməni silahlıları tərəfindən ələ keçirilmiş və indiyə qədər ermənilərin əlində qeyri-insani şəraitdə girov saxlanılan 4000-dən çox dinc azərbaycanlının taleyi və hüquqları ilə maraqlanmırlar? Hesab edirəm ki, Azərbaycan bu vəziyyətdə öz düşünulmüş uğurlu yolunu davam etdirməlidir. Postsovet Azərbaycanı zəif və asılı geosiyasi subyekt olmadığını, Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynadığını sübut edə bilib. Azərbaycanın məsələlərə praqmatik yanaşması, öz qonşuları ilə konstruktiv münasibətləri, Azərbaycan cəmiyyətinə xas olan multikulturalizm və tolerantlıq dünyanın bir sıra başqa hissələri ilə müqayisədə diplomatiyanın mürəkkəb olduğu regionda ölkənin uğurla inkişaf etməsində mühüm rol oynayır”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

